Menu
Geri İrəli

Sumqayıtdakı yanğın tam söndürülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2012 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğın tamamilə söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə XidmətindənAPA-ya verilən məlumata görə, yanğın saat 4.00 radələrində tam söndürülüb.

Hazırda ərazidə yanğın kəşfiyyatı aparılır. Prosesdə prokurorluq orqanlarının əməkdaşları da iştirak edirlər.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Standiyasının baş həkiminin müavini Zahidə MəmmədovaAPA-ya deyib ki, indiyə qədər təcili tibbi yardım briqadaları tərəfindən yanğın baş vermiş ərazidən iki cəsəd çıxarılıb. Hadisə nəticəsində xəsarət almış 10 nəfər isə xəstəxanya yerləşdirilib.

Hazırda hadisə yerində həkim briqadası da gözləyir.

Qeyd edək ki, dünən Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində partlayışla nəticələnən yanğın baş verib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib.

Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hafiz Heydərov-APA.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın