Menu
Geri İrəli

Sumqayıtın ekoloji vəziyyəti və problemləri müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2010 • Baxış sayı: 488 dəfə • Şərh yoxdur

Dekabrın 26-sı IREX Sumqayıt İcma Məlumat Mərkəzində “Sumqayıtda ekoloji vəziyyət və problemlər” mövzusunda tədbir-meydan təşkil olunub.

4 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müfəttişi Kamil Abdullayev və şöbənin aparıcı məsləhətçisi Rəhman Qazıyev iştirakı ilə keçən tədbirdə

Qonaqlar əvvəlcə “Ekologiya ili” elan olunmuş 2010-cu il ərzində bu ərazi dairəsində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verdilər. Auditoriyanı maraqlandıran bir çox suallara cavab verməklə yanaşı, onlar, həm də öz iş prinsipləri, bu istiqamətdə olan qanun pozuntuları, bu zaman tətbiq edilən cərimələr və ümumiyyətlə, həmin cərimələrin tətbiq edilmə qaydaları haqqında ətraflı məlumat verdilər.

Tədbir iştirakçıları Sumqayıtda olan bir neçə ekoloji problemləri qeyd etdilər, xüsusən də, son vaxtlar aktual olan kütləvi şəkildə ağacların kəsilməsi məsələsini qabartdılar. Qonaqlar bildirdilər ki, bir dövlət qurumu olaraq neqativ hallardan onların da xəbəri var və bu cür hallar heç vaxt cəzasız qalmır. Eyni fakt ikinci dəfə təkrar olunarsa, həmin şəxslər cinayət məsulliyyətinə cəlb olunur.

Tədbirdə  gənclərlə bu cür görüşlərin təşkil olunması və mövcud ekoloji problemlərin aradan qaldırılmasında bu cür diskussiyaların əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Abşeron, Qobustan, Sumqayıt və Xızı rayonu bu şöbənin nəzarət sahəsinə aiddir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın