Menu
Geri İrəli

Sumqayıtın içməli su ilə təchizatı yaxşılaşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2012 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur
Share Button

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalini içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır.

Qrumunn mətbuat xidmətindən Salamnews-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır. Bu ilin yanvar-oktyabr aylarında Sumqayıt şəhərində müxtəlif diametrli borularla 6,7 km uzunluğunda yeni şəbəkədaxili su xətti çəkilib, uzun müddət istismarda olan 8,5 km uzunluğunda su xətləri isə yeniləri ilə əvəzlənib. Şəhər əhalisini dayanıqlı içməli su ilə təmin etmək məqsədi ilə “Sumqayıt Sukanal” İdarəsi tərəfindən 121 ədəd siyirtmə yenisi ilə əvəzlənib, 720 nasos təmir edilib. Ötən müddətdə Sumqayıt şəhərində əhali və qeyri-əhali abunəçiləri üzrə 7 mindən çox su sayğacı quraşdırılıb.

“Sumqayıt Sukanal” İdarəsi Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələri üzrə 81 mindən çox abunəçiyə xidmət göstərir. Salamnews

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın