Menu
Geri İrəli

Sumqayıtın iki təşkilatı əməkdaşlıq edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2012 • Baxış sayı: 246 dəfə • Şərh yoxdur
Share Button

Aprelin 14-də Sumqayıt şəhəri İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində Sumqayıtda fəaliyyət göstərən iki təşkilatın birgə əməkdaşlıq etməsini özündə ehtiva edən müqavilə imzalanacaq. “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyi ilə “Gənclərin Həmrəyliyi” ictimai birliyi gənclərin inkişafına dəstək vermək və yaranmış zərurətlə əlaqədar olaraq birgə fəaliyyət göstərməyi və bu istiqamətdə əməkdaşlıq etməyi məqsədəuyğun sayır. “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin sədri Ramil Zeynallı məlumat verib. R.Zeynallı bildirib ki, razılığa gələn tərəflər qanuni fəaliyyət, bərabərlik, könüllülük və kollektivçilik prinsiplərinə əsaslanaraq bu əməkdaşlığı rəsmiləşdirmək qərarına gəlib.

Birgə fəaliyyətin ümumi maraqlara xidmət edəcəyini deyən R.Zeynallı tərəflər arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanacağını da qeyd edib. Təşkilat rəhbərinin sözlərinə görə, müqaviləyə əsasən Sumqayıtda yeni bir qurumun fəaliyyətinə də start veriləcək: “Müqavilənin əsas şərtləri imzalanma mərasimində açıqlanacaq. Bütün yeniliklər barədə də ictimaiyyətə məlumat veriləcək. Bu əməkdaşlıq nəticəsində yaradılacaq yeni qurum gəncləri öz ətrafında birləşdirən və onların ehtiyaclarının ödənilməsini qarşılamağı qarşısına məqsəd qoyub”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın