Menu
Geri İrəli

Sumqayıtın millət vəkili: “Belə hərəkətlər Nobel sülh mükafatının üzərinə kölgə salır”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2014 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur

musa_qasiml_i1“Nobel sülh mükafatına namizəd irəli sürənlər öz fəaliyyətlərində azaddırlar”. Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı xarici ölkələrin qrup alim və ədəbiyyatçıları tərəfindən Əkrəm Əylislinin “Nobel” mükafatına namizəd göstərilməsinə münasibət bildirərkən deyib.

“Amma Azərbaycanın dünyada tanınmış görkəmli yazıçılarından birinin deyil, məhz ölkəmizin əleyhinə yazdığı bir cızma-qaraya görə Əkrəm Əylislinin bu mükafata namizəd kimi irəli sürülməsi, həmin mükafatının hansı məqsədlər üçün verildiyini aydın şəkildə ortaya qoyur. Belə bir şəxsin namizədliyinin irəli sürülməsi, Nobel sülh mükafatının ədəbiyyat sahəsində daha çox siyasi məqsədlər üçün verildiyi qənaətinə gəlməyə imkan verir. Hesab edirəm ki, belə hərəkətlər Nobel sülh mükafatının üzərinə kölgə salır. Bununla belə, mükafatı verənlərin gerçək ədəbiyyat dəyərlərindən daha çox siyasi məqsədlərdən yararlandığını deməyə əsas verir” – deyə, M.Qasımlı fikrini tamamlayıb.

Ceyhun Rasimoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın