Menu
Geri İrəli

Sumqayıtın Sülh küçəsi 30 il əvvəlki vəziyyətinə qaytarılacaq: obyektlər tədricən söküləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2015 • Baxış sayı: 4,190 dəfə • 1 şərh

1441888443_348179“İstərdim ki, Sülh küçəsini tamamilə təmizləyib gözəl bir küçəyə çevirim. Sülh küçəsində 3-cü mikrorayon ərazisində “Aviakassa” deyilən ərazidən Heydər Əliyevin abidəsinə olan istiqamətdə 10-12 obyekt var. Mən istəməzdim ki, insanlara ziyan dəysin. Bunun bir formasını düşünməliyik. Yəqin bu məsələnin hansısa formasını tapacağıq və insanları qane edən şəkildə işlər həyata keçiriləcək. Bu küçə tədricən təmizlənəcək. Sülh küçəsi 30 il bundan öncə necə idisə, o formada da olacaq. Şəhərin memarlığı, gözəlliyi üçün əlimdən gələn hər bir şeyi edəcəm.”

Bu sözləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov müəllimlərin sentyabr konfransında çıxışı zamanı deyib.

Z. Fərəcov qeyd edib ki, şəhərin Azərbaycan prospektində olan binaların yüksək keyfiyyətli materiallarla üzlənməsinə başlanılıb: ”Bu işlər Səməd Vurğun küçəsinə kimi həyata keçiriləcək. Sonra isə Heydər Əliyev prospektində işlərə başlanılacaq.”

Xeberle.com

 

Facebook Şərhləndirmə:

“Sumqayıtın Sülh küçəsi 30 il əvvəlki vəziyyətinə qaytarılacaq: obyektlər tədricən söküləcək” yazısına bir cavab

  1. Alieva deyir:

    Kas yeniden 30-cu kvartalda yasayardim. Evimi deyisen olsa sevinerem. Insan doqulduqu yeri qoyduqu kimi gormek isteyir. Cox saq ol. Qoy bizim orda yasayan sakinlerin dunyasini deyisen sakinlerin ruhu sad olsun.

Şərhinizi yazın