Menu
Geri İrəli

Sumqayıtlı fotoqraf piyada yola çıxdı: 25000 km məsafə, 62 gün və 1000 dollar

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2015 • Baxış sayı: 954 dəfə • 1 şərh

1436281088_1078092_618352714864734_1869863575_nMacəra həvəskarı olan sumqayıtlı fotoqraf Elvin Quliyev Mərkəzi Asiya, Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələrini piyada qət etmək qərarına gəlib. Fotoqraf deyir ki, bu səfərinin məqsədi həmin ölkələrin mədəniyyəti, həyat və yaşayış tərzləri ilə tanış olmaqdır. E. Quliyev piyada qət edəcəyi marşrutu da açıqlayıb: “Bu gün saat 21:00-da yola düşürəm. Ələtdən bərə ilə Qazaxıstanın Aktau şəhərinə gedəcəm. Oradan isə Rusiyanın şimal-şərqində yerləşən və altay türklərinin yaşadığı yerlərdə olacam. Daha sonra isə Monqolustan, Çinin cənub və cənub-şərqinə gedəcəm. Sonra Laos, Kamboca, Tailand, Malayziya və Sinqapura üz tutacam. Ümid edirəm ki, bu səfərimi uğurla həyata keçirərək oradan da Bakıya qayıdacam. E. Quliyev onun bu səfəri 62 gün çəkəcək və bu müddətdə 25000 km məsafə qət edəcək:”Çadırda qalacam. Özümlə yataq dəsti, çadır və 1000 dollar pul götürmüşəm. Yolboyu piyada hərəkət edəcəm. Yolda hərəkət edən hər hansı maşın saxlamasa elə orada da gecələyəcəm. Bilirəm ki, az miqdarda pulla böyük bir məsafəni qət etməyi planlaşdıran ilk azərbaycanlıyam.” xeberle.com

Facebook Şərhləndirmə:

“Sumqayıtlı fotoqraf piyada yola çıxdı: 25000 km məsafə, 62 gün və 1000 dollar” yazısına bir cavab

  1. Sadiq deyir:

    ugurlar

Şərhinizi yazın