Menu
Geri İrəli

Sumqayıtlı qadın amansızlıqla qətlə yetirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2009 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

Bichaq_527792787Sumqayıt şəhərində xüsusi amansızlıqla qətl hadisəsi törədilib.
Sumqayıt şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsi, Səttar Qurbanov küçəsi, ev 2-də yaşayan 79 yaşlı Havanisə Novruzova gecə qətlə yetirilib. Qadının meyidi yaşadığı evdə aşkar edilib.
Aparılan əməliyyat tədbirləri nəticəsində qətli mərhumənın evində kirayə yaşayan, 4 dəfə məhkum olumuş, Dəvəçi rayon sakini 26 yaşlı Elçin Fərzəliyev tərəfindən törədildiyi məlum olub. E.Fərzəliyev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa ilkin ifadəsində qətli tamah məqsədilə törətdiyini etiraf edib. E.Fərzəliyev etiraf edib ki, H.Novruzovanın nəvəsinin evdə olmamasından istifadə edərək qadına hədə-qorxu gələrək pul tələb edib.
Mərhumə pulun olmadığını bildirsə də, o buna inanmayıb və bıçaqla 2 zərbə ürəyindən, 1 zərbə isə boğaz nahiyəsindən vuraraq onu qətlə yertirib. Bundan sonra pul axtarışına çıxan E.Fərzəliyev evi alt-üstə etsə də, heç nə tapmayıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mənbə: ANSPRESS

Facebook Şərhləndirmə:

Şərhinizi yazın