Menu
Geri İrəli

Sumqayıtlı vəkil yeni yaranan klubda vəzifə aldı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 640 dəfə • Şərh yoxdur

Ötən həftə 125-lər siyasi klubu təsis edilib.

 Lent.az-ın verdiyi məlumata görə, təsis toplantısında yeni yaranmış bu qurumun əsasnaməsi təsdiq edilib, bəyannaməsi səsləndirilib və imzalanıb. Təsis yığıncağında həmçinin, 125-lər siyasi klubunun strukturu və rəhbər orqanları müəyyən olunub. Əsasnaməyə uyğun olaraq, gizli səsvermə yolu ilə sədr və müavinlər seçilib. Beləliklə, klubun sədri jurnalist İlhamiyyə Rza,   müavinlər isə ictimai və peşə fəaliyyətləri ilə tanınan Anar Qasımlı, Günel Səfərova, Xalisə Şahverdi və Üzeyir Cəfərov olub.

Növbəti mərhələdə klubun ictimaiyyətə təqdimat mərasimi nəzərdə tutulub. Xatırladaq ki, klubun  üzvləri 2015-ci il parlament seçkilərində  iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətindədirlər.

125-ler4 anar 125-ler

Facebook Şərhləndirmə:

Şərhinizi yazın