Menu
Geri İrəli

Sumqayıtlılar tərəfindən böyük hörmət bəslənilən həkim vəfat edib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 1,267 dəfə • Şərh yoxdur

Azərbaycanın Əməkdar həkimi, tibb elmləri namizədi 40 ildən artıq respublikamızın və Sumqayıtın ən nümunəvi sağlamlıq ocaqlarından olan “Metallurq” sanatoriya-profilaktoriyasının baş həkimi işləmiş Klara Germanovna Kasyanova vəfat edib.

klara1

Jurnalist Rəhman Orxan bu barədə facebook səhifəsində paylaşım edib:

“Dostlar, bir qədər əvvəl inanmaq istəmədiyim kədərli bir xəbər aldım – Azərbaycanın Əməkdar həkimi, tibb elmləri namizədi, 40 ildən artıq respublikamızın və Sumqayıtın ən nümunəvi sağlamlıq ocaqlarından olan “Metallurq” sanatoriya-profilaktoriyasının baş həkimi işləmiş gözəl insan, zəngin təcrübəyə malik səhiyyə işçisi, Azərbaycanı və xalqımızı böyük məhəbbətlə sevən, sədaqətlə və ləyaqətlə ona xidmət edən, buna görə də sumqayıtlılar tərəfindən böyük hörmət bəslənilən Klara Germanovna Kasyanova bu gecə – 24 avqustda vəfat etmişdir. Onun yazdığı və mənim 2006-cı ildə nəşrə hazırladığım “Богатство нации” kitabından və arxivimdə olan foto-şəkillərindən bir-neçəsini Klara Germanovnanın ruhuna və xatirəsinə dərin hörmətlə təqdim edirəm.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!”

klara2 klara5 klara555

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın