Menu
Geri İrəli

Sumqayıtlılara pulsuz hüquqi yardım göstəriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2010 • Baxış sayı: 276 dəfə • Şərh yoxdur

IREX təşkilatının AMAP proqramınının təşkilati dəstəyi ilə Sumqayıt şəhəhində əhaliyə pulsuz hüquqi məsləhət veriləcək.
Bu barədə sumqayitxeber.com saytına təşkilatın əməkdaşı Günel Rəcəbova məlumat verib. Pulsuz hüquq məsləhəti 19 aprel 2010  cu ildə saat 10: 00-dan 16:00-dək Mülki Hüquq,  Ailə Hüququ, Əmək Hüququ, Cinayət Hüququ, Sosial Təminat, İnzibati Hüquq, İnsan Hüquqları üzrə keçiriləcək.
G. Rəcəbova açıqlamasında qeyd edib ki, kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatların və qeyri-hökümət təşkilatlarının qeydiyyatdan keçmə məsələləri ilə bağlı müraciət edən şəxlərə hüquqi məsləhət və yardım da göstəriləcək.
Qeyd: Maraqlanan şəxslər aşağıdakı ünvana müraciət edə bilərlər.
Sumqayıt, Azərbaycan prospekti 6, 12 saylı Uşaq kitabxanası,
Telefon: (+994 1864) 5-66-12
Tərəfdaş təşkilat: 12 saylı Uşaq kitabxanası, Mədəniyyət Mərkəzi
E-poçt: gunel.iatp@yahoo.com
gunel.recebova1@gmail.com
Əlaqələndirici: Gunel Rəcəbova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın