Menu
Geri İrəli

“Sumqayitxeber.com” saytı Sumqayıtın ən böyük facebook səhifəsi ilə əməkdaşlığa başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 226 dəfə • 2 şərh

“Sumqayitxeber.com” saytı bu gündən etibarən “facebook” sosial şəbəkəsində Sumqayıtın ən böyük səhifəsi olan  ”facedə nə qədər SumqayıTlı var hamı buraya” səhifəsi ilə əməkdaşlığa başlayıb. Səhifənin admini Pərvin İbrahimov sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, sumqayitxeber.com saytı kifayət qədər tanınmış bir xəbər saytıdır və bu saytla əməkdaşlıq etməkdən məmnundur: ” Bizim səhifə 2012-ci ildə yaranıb, qısa müddət ərzində xeyli sayda – 9 mindən çox Sumqayıtlı gənci öz ətrafında birləşdirə bilib. Suqmayitxeber.com saytı da  4 ildri ki, fəaliyyət göstərir və ilk xəbər saytı kimi tanıyırıq. Düşündük ki, ciddi xəbər saytı kimi “sumqayitxeber.com”la əməkdaşlıq edək. Bundan sonra  saytının xəbərlərini səhifəmizdə paylaşacağıq və eləcə də şəhərlə bağlı bizə göndərilən xəbərləri sumqayitxeber.com-a göndərəcəyik. “

sumqayitxeber.com saytının təsisçisi Eyvaz Qocayev isə açıqlamasında bildirib ki, Sumqayıtla bağlı ən böyük səhifənin adminindən gələn təklifi müsbət qarşılayıb: “Bu səhifə 2012-ci ildən fəaliyyət göstərir və mən o zamandan izləyirəm. Səhifənin admini də bacarıqlı və çalışqan gəncdir. Hesab edirik ki, qarşılıqlı əməkdaşlıq nəticəsində şəhər sakinləri daha tez və ətraflı informasiya ilə təmin edə biləcəyik. Məqsədimiz Sumqyıtla bağlı xəbərləri daha çox internet istifadəçisinə çatdırmaqdır. ”

Facebook Şərhləndirmə:

““Sumqayitxeber.com” saytı Sumqayıtın ən böyük facebook səhifəsi ilə əməkdaşlığa başladı” yazısına 2 cavab

  1. Togrul deyir:

    təşəkkürlər

  2. Royal Eliyev deyir:

    Bax bele, ishlemek lazimdi, bizi dushunduyunuz ucun teshekkur!!

Şərhinizi yazın