Menu
Geri İrəli

Sumqayıtın deputatı ağacları kəsdirdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2014 • Baxış sayı: 1,041 dəfə • 4 şərh

leyla-abdullayevaSumqayıt sakinləri səhəri kəsilmiş ağac mənzərəsi ilə açıb. Belə ki, şəhərin 18 saylı orta məktəbin qarşısında yerləşən çoxillik yaşıl ağaclar kəsilib.

Bu barədə AzVision.az-a məktəbə yaxın ərazidə yaşayan sakinlərdən xəbər daxil olub.
Kəsik izlərindən ağacın güclü külək nəticəsində deyil, xüsusi avadanlıqlarla kəsildiyi görünür. Hazırda 18 saylı orta məktəbdə əsaslı təmir işləri gedir. Lakin sakinlərin bildirdiyinə görə, bu ağac təmir işlərinə mane olmayıb.

Qeyd edək ki, Sumqayıt şəhərində yerləşən 18 saylı orta məktəbə Milli Məclisin deputatı Leyla Abdullayeva rəhbərlik edir.

Xatırladaq ki, bir neçə gün öncə Nəsimi rayonu ərazisində ağac kəsilmişdi. Bu hadisəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın reaksiya verdikdən sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin şəxslər cəzalandırıldı.

AzVision.az hadisə yerinən çəkilən fotoları sizə təqdim edir:

Eldar Tanrıverdiyev

agac kesimi 1 agac kesimi 3 agac kesimi 4 agac kesimi 5 agac kesimi 6 agac kesimi 8

Facebook Şərhləndirmə:

“Sumqayıtın deputatı ağacları kəsdirdi – FOTOLAR” yazısına 4 cavab

  1. Sevda deyir:

    Vallah, qeribe insanlarin ehatesinde yawayiriq . Bu boyda ish gorulur , onu sanki gormurler, amma… Teessuf edilesi bir haldir.Menim de uwaqim bu mektebde oxuyur, mektebde boyuk bir iw gedir.Chox wukur, axi BURADA BIZIM UWAQLARIMIZ OXUYACAQ!!!! .Uwaqlarimiz temiz, seliqeli bir mektebde oxuyacaq.Bes bu aqaclarin kesilmsine qeder sen bir defe de olsun Leyla xanim Abdullayevaya yaxinlawib uqurlar diledinmi? Saq ol dedinmi? Biz valideynler sebirsizlike yeni ders ilinin bawlanmasini gozleyirik! Leyla xanima ise boyuk uqurlar arzulayiriq.

  2. konul deyir:

    esil yurnalist eslini bilmediyi informasiyani oxuculara teqdim etmez!!! Biz valideynler Leyla xanimi aqilli, savadli ve iwine ciddi yanawan bir insan kimi taniyiriq.

  3. ilqar deyir:

    Adama demezler ki, sen orda oooooooooooooooooooo boyda yawil agacin dibine oz ellerinle 1 vedre su tokmusen ki, meger agacida kesdirirsen.. ay mektebin DIREKTORU ve DEPUTAT sene bu ixtiyari kim verib…

  4. Ramin deyir:

    O boyda işlər yəqin ki, dövlətin pulları ilə görülür.

Şərhinizi yazın