Menu
Geri İrəli

Tahir Mirkişili: “Seçicilərin əksəriyyəti inkişafa, muasirliyə, sabitliyə səs verib”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2015 • Baxış sayı: 452 dəfə • Şərh yoxdur
Share Button

Tahir4V Azərbaycan Milli Məclisinə seçkilərin səsverməsi başa çatıb. Artıq millət vəkili adını qazanan namizədlərin adı məlumdur. Bu seçkilərdə bir sıra yeni namizədlər də Milli Məclisə daxil ola bildilər.

Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizədi olan Tahir Mirkişili seçki ilə bağlı təəsüratlarını aşağıdakı kimi təsvir edib:  “Bir namizəd kimi seckilərin kecirilməsi prossesini, secicilərin aktivliyini yüksək dəyərləndirirəm. Şəffaflıq yüksək səviyyədə idi. Əminəm ki, seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının hədəfləri olan inkişafa, muasirliyə, sabitliyə səs verib”.

“Seçkilərdə qələbəmiz tam rəsmiləşəndən sonra Parlamentdə iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyları, beynəlxalq munasibetler, innovasiyalar, vətəndaşlara xidmət standartlarının artırılması istiqamətində çalışmaq planlarımız mövcuddur”.
Qeyd edək ki, seçkilərdə uğur qazanmış 125 deputatın 27 – si ilk dəfədir ki, Mili Məclisdə təmsil olunur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın