Menu
Geri İrəli

Tahir Mirkişili:”Bakı “fikir meydanı”na çevrilir” MÜNASİBƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 651 dəfə • Şərh yoxdur
Share Button

Tahir4“Azərbaycan hər zaman xarici investisyalar üçün cəlbedici ölkə olmuş və regionda xarici investorların cəlb olunmasına görə lider ölkəyə çevrilmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

“Ölkəmizdə siyasi sabitliyin hökm sürməsi, beynəlxalq aləmə etibarlı tərəfdaş olduğunu sübut etməsi Azərbaycana marağı artırıb desək yanılmarıq”-deyə qeyd edən deputat bildirib ki, hazırda ölkənin iqtisadi prioritetləri sürətlə qeyri-neft sektorunun inkişafı istiqamətində dəyişməkdədir: “Qeyri neft sektorunun inkişafı müasir texnologiyaların və biliklərin tətbiqindən, xarici partnyorlarla koorperativ əlaqələrdən maksimum faydalanmağı şərtləndirir. Bu baxımdan hesab edirəm ki, hazırkı şəraitdə, yəni region ölkələrinin iqtisadiyyatında, siyasətində  qeyri-sabitliyin yaşandığı bir dönəmdə Azərbaycanda siyasi, iqtisadi, dini, sosial sabitlik kimi üstünlüklər ölkəmizi bir addım önə çıxara bilər. Biz bütün yaradılan şəraitdən sitifadə edərək ölkəmizdə keçirilən beynəlxalq forumlarda bu kimi amilləri xarici qonaqların diqqətinə çatdırmalı, ölkəmizə investorları cəlb etməliyik. Bakıda keçirilən qlobal forumlarda regional, qlobal məsələlərin müzakirəsində əksər dövlət və hökumət adamlarının iştirakı Bakını bir “fikir meydanı”na çevirməkdədir. Bu isə öz növbəsində ölkənin iqtisadi cəlbediciliyini artırmaqla yanaşı, Bakını həm də regionun iqtisadi paytaxtına çevirməkdədir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın