Menu
Geri İrəli

Tezliklə Sumqayıta gəzinti gəmiləri gətiriləcək – BULVARDAN REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2016 • Baxış sayı: 7,596 dəfə • Şərh yoxdur

Sumqayıtda dənizkənarı yeni bulvar layihəsi ilə bağlı görülən işlər uğurla davam etdirilir.

Hazırda bulvarın 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir. Ümumi uzunluğu 4,2 kilometr olan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağının 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə də işlər həyata keçirilir.

Ərazidə nadir ağac və bitki nümunələrinin əkilməsinə başlanılıb və yaxın günlərdə bulvarın 500 metrlik hissəsində yaşıllaşdırma işləri tamamlanacaq.

Şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətini təmin etmək üçün infrastrukturun yaradılmasına başlanılıb.

Qeyd edək ki, Bulvarın ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olacaq.

sumqayitxeber.com Bulvardan hazırladığı FOTOREPORTAJI təqdim edir:

Şəkillərə böyük ölçüdə baxmaq üçün üzərinə tıklayın

Facebook Şərhləndirmə:

Şərhinizi yazın