Menu
Geri İrəli

“Tour d’Azerbaidjan-2014” veloyürüşün Sumqayıt mərhələsi başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2014 • Baxış sayı: 1,042 dəfə • Şərh yoxdur

Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verilib.Ötən il olduğu kimi, bu dəfə də turnir Bakıdan başlamaqla ölkənin tarixi və mənzərəli ərazilərindən keçəcək.

25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi saat 10:30-da Dövlət Bayrağı Meydanından start götürüb. Sumqayıt şəhərində başa çatan yürüşün ümumi uzunluğu 154 km təşkil edib.

Ölkəmiz bu yarışda yenə “Synergy Baku” ilə təmsil olunur.

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər

İnterpress.az

velo-sumqayit

Facebook Şərhləndirmə:

Şərhinizi yazın