Menu
Geri İrəli

Uşaq kitabxanasında “Nadir şah” əsəri müzakirə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2010 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

N_NarimanovH.Z.Tağıyev adına 7 saylı uşaq kitabxanasında böyük dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanovun 140 illiyi münasibətilə “Nadir şah” əsərinin müzakirəsi keçirilib. Tədbirdə ilk öncə oxuculara N.Nərimanovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. İştirakçılar əsərin qısa məzmunu ilə tanış olduqdan sonra “Əsərin ideyası, tərbiyəvi əhəmiyyəti”, “Nadir şahın səhvləri” və digər bu kimi suallar ətrafında müzakirələr aparılıb. Sonda oxucular “Qoca Şərqin vüqarı” adlı kitab sərgisinə baxış keçiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın