Menu
Geri İrəli

Vətəndaş yol polisini necə günahlandırdı? – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2013 • Baxış sayı: 140 dəfə • Şərh yoxdur
Vətəndaş yol polisinin hərəkəti ilə bağlı Milli.Az-a müraciət edib. Oxucu tərəfindən Milli.Az-a göndərilən məlumatda deyilir ki, Sumqayıt şəhərində yol polisi yolun sol tərəfində dayanaraq xidmət aparır.
Oxucu hesab edir ki, bu, yol polisi tərəfindən yol hərəkəti qaydalarının pozulmasıdır. Çünki polis inspektorları avtomobillərini yolun sol tərəfində saxlayarkən sayrışan işıq siqnallarından istifadə etməlidirlər.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, yol polisinin yolun sağ və ya sol tərəfindən xidmət aparmasının fərqi yoxdur. Heç bir təlimatda da yazılmayıb ki, yolun sağ və ya solunda xidmət aparmaq lazımdır.
Şöbə rəisinin sözlərinə görə, yol polisi sayrışan işığı hərəkət üstünlüyü əldə etmək üçün yandırır: “Ancaq dayanıb hərəkətə mane olmursa, niyə yandırmalıdır ki? Yolun hərəkət hissəsində hadisə varsa, həmin ərazini qorumaq lazımdırsa, digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradırsa, sayrışan işığı yandırır ki, kənardan yaxınlaşan nəqliyyat vasitələri ehtiyat tədbirləri görsünlər”.
Anar Məmmədov
Milli.Az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın