Menu
Geri İrəli

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2015 • Baxış sayı: 786 dəfə • Şərh yoxdur

telebeler-imtahan-0verirleAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-a verilən məlumata görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizənin surəti, əmək kitabçasının surəti, ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə), kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir), bir ədəd ağ rəngli foto şəkil son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış təqdim edilməlidir.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 13 fevral 2015-ci il tarixdə saat 18.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00-dan 13.00-dək və 14.00 dan 18.00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir.

Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilə bilər. Əlaqə telefonları aşağıdakılardır: (012) 465-87-93/94/97

Facebook Şərhləndirmə:

Şərhinizi yazın