Menu
Geri İrəli

Xəbərdarlıq: Hava kəskin dəyişəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2013 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

Havanın temperaturu aşağı düşəcək

hava kulekliEkologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 27-nə nisbətən noyabrın 28-də havanın temperaturu 5-8 dərəcə enəcək.

Noyabrın 28-də Bakıda günorta saatlarında 9-14 dərəcə isti olacaq.
Arabir güclənən şimal küləyi müşahidə olunacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək. Noyabrın 27-si axşamdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək.

Noyabrın 27-si axşam əvvəlcə respublikanın qərb rayonları, noyabrın 28-də isə ayrı-ayrı rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

Respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.

Noyabrın 29-da yağıntılarda qısa fasilə yaranacaq. Noyabrın 30-da və 30-dan dekabrın 1-nə keçən gecə respublika ərazisində yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Ümumilikdə ölkədə qeyri-sabit hava şəraiti dekabrın 1-dək müşahidə ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın