Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günü qeyd edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2012 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

May ayının 7-də  “Ümumdünya Qızıl Xaç və Qızıl Aypara günü”nə həsr olunmuş respublika tədbiri Sumqayıt şəhərində H.Ərəblinski adına dövlət dram teatrında təşkil olunmuşdur. Tədbirdə Sumqayıt şəhər İcra başçısının birinci müavini Rövşən Sadıqov, Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, millət vəkilləri Muxtar Babayev, Leyla Abdullayeva, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Qızıl Xaç komitəsinin nümayəndələri, Respublika Qızıl Aypara katibliyinin əməkdaşları,səhiyyə müəssisələrinin,təhsil ocaqlarının, ayrı-ayrı müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər

. Tədbir başlamazdan əvvəl foyedə Qızıl Ayparanın fəaliyyətini əks etdirən foto şəkillərdən və Əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Daha sonra tədbirin rəsmi hissəsi başlanıldı. Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra başçısının birinci müavini Rövşən Sadıqov açaraq gələn qonaqları salamlamış və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin gördüyü işlərlə respublikanın digər bölmələrindən fərqləndiyini Xüsusi ilə qeyd etmiş və bundan sonra da işlərində ugurlar arzulamışdı.  Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov öz çıxışı zamanı Qızıl Aypara Cəmiyyətinin inkişafindan, MDB məkanında öz üstünlükləri ilə  fərqlənən cəmiyyətə çevrildiyini bildirmiş,Qızıl Aypara Cəmiyyətinin  Fəxri üzvü olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin cəmiyyətə göstərdiyi xüsusi qaygıdan bəhs etmişdi.Cıxışının sonunda cəmiyyətin bütün üzlərini və coxsaylı könüllü ordusunu təbrik etmişdir. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək,tədbir iştirakçılarını salamlamış, mötəbər gün münasibəti ilə onları təbrik etmiş və “Əlil uşaqların sosial inteqrasiyası” layihəsi barəsində məlumat vermişdir. Mövzuya həsr olunmuş sosial video-çarx nümayiş etdirildikdən sonra layihə çərçivəsində alınmış 15 ədəd notebook və 4 ədəd əlil arabası sağlamlıq imkanları məhdud uşaqlara Sumqayıt şəhər İcra başçısının birinci müavini Rövşən Sadıqov, Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən təqdim olunmuşdur. Tədbirin rəsmi hissədən sonra musiqili konsert proqramı başlanıldı. Bədii hissə tanınmış müğənillərin və Qızıl Aypara instrumental ansamblının ifasında rəngarəng musiqi nömrələri ilə davam etdirildi.Tədbirin sonunda ilin “Gənclər fəaliyyətdədir” devizini əks etdirən maykalarda olan könüllülərlə xatirə şəkilləri cəkilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın