Menu
Geri İrəli

Sumqayıt şəhər 1 saylı Doğum Evində nə baş verir?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2012 • Baxış sayı: 308 dəfə • 3 şərh

Bizdə olan məlumata görə Sumqayıt şəhər 1 saylı Doğum Evində yeni ana olan qadınlara öz övladlarına ana südü verməyi qadağan edirlər.  Bu sözləri adının çəkilməsini istəməyən vətəndaşlardan biri  ”Xəbərlə” informasiya portalına bildirib. 

Səbəb kimi anaların süd vermək qabiliyyətində olmamalarını, yaxud körpələrin həddindən artıq zəif olduğunu göstərirlər ki, bununla da guya onlar 2-3 gün ana südü əmmək iqtidarında olmurlar. Onlara süd verməyə doğuşdan 3 gün sonra başlaya biləcəkləri söylənilir. Halbuki bildiyimizə görə, ana yeni doğulmuş körpəsinə bir neçə gün süd verməsə, süd vəziləri öz fəaliyyətini dayandıra bilmək təhlükəsi ilə üz-üzə qalır. Bu üsul ilə anaları təbii süddən yayındırır və süni uşaq qidaları olan “Hipp” yemeyi almağa məcbur edirler. Əks halda uşağı ananın yanına gətirmirlər və uzun müddət ac saxlayırlar. Özü də həmin süni qidanı – “Hipp”i sözügedən 3 gün ərzində körpəyə zond vasitəsilə verirlər ki, bu da əksər mütəxəssislərin fikrincə yeni doğulmuşun hələ tam formalaşmayan mədə-bağırsaq sisteminə güclü şəkildə zədə verə, onu korlaya bilər. Məqsəd isə çox acı və təəssüfvericidir – uşaqları “Hipp” qidalarına öyrəşdirmək və adıçəkilən firmadan müəyyən miqdarda faiz – maddi gəlir əldə etməkdir.

P.S “sumqayitxeber.com” saytı da Sumqayıt şəhər 1 saylı Doğum Evində olmuş vətəndaşlardan məsələni dəqiqləşdirib və onlar da faktın doğru olduğunu qeyd ediblər.   Fariz Əli

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər 1 saylı Doğum Evində nə baş verir?” yazısına 3 cavab

  1. Sumqayitli deyir:

    Allah sizi bildiyi kimi elesin. pul qazanmaq ucun her cur serefsizliye geden bu cur mexluqlari konkret ayaqlarindan asmaq lazimdi. bu haramzadaliqdan da o terefe bir davranisdi. qansiz, vicdansiz mexluqlar…

  2. Ayan deyir:

    ALLAH BELANIZI VERSIN…

  3. Konul deyir:

    men Bayilda yerlesen 5 sayli dogum evinde olmusam.orda da beledir.mene usagi 3 gun sonra verdiler.o da ki ozum mecbur edenden sonra.menden de suni yemek teleb etdiler.amma almadim.usaqlara zond vasitesiyle yemek verirler.ozum gozlerimle gormusem.amma ordan cixis senedimde yazilib ki guya usaq mene ilk gunen verilib.bir sozle biabirciliqdir bu xestexana.guclu hekimler var burda.amma tibb bacilari, sanitar isciler dilencidirler.az qalir ellerini acib pul dilensinler.en dehsetlisi ise pul az veren xestelerin dalinca yigisib qargish edirler.bunlarin hamsinin sahidi oldum 1 hefte orda qalmagimla.

Şərhinizi yazın