Menu
Geri İrəli

Sumqayıtda tapılan 12 yaşlı qızın faciəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2012 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur

Evdən qaçaraq Sumqayıta gedən və dəfələrlə müxtəlif şəxşlər tərəfindən təcavüzə məruz qalan 12 yaşlı İlhamə Səlimova (ad şərtidir) ilə bağlı AzNews-a şok məlumatlar daxil olub. Məlumata görə, anasının daxili işlər naziri Ramil Usubova müraciətindən sonra faktla bağlı DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsində araşdırma aparılır.

AzNews.az –ın əldə etdiyi məlumata görə, 12 yaşlı İ.Səlimova uğursuz ailənin övladı olub. Ata və anası boşandıqdan sonra məhkəmə qərarına əsasən anası ilə bərabər yaşayıb. Lakin anası maddi imkansızlıq səbəbindən onu atasına verib. Analığı tərəfindən mütəmadi olaraq incidilən uşaq 2 – ci sinfə qədər təhsil ala bilib. Qızın iddiasina görə, 11 yaşından etibarən doğma atası ona qarşı seksual xarakterli hərəkətlər edib. İyunun 15 – də evdən qaçaraq Sumqayıta gedən İ.Səlimova burada daş bazarında qaynaqçı işləyən şəxs tərəfindən təcavüzə məruz qaldığını bildirib. Həmin şəxs onu kafelərdən birində işə düzəldib və kafedə işləyən qadınla bir yerdə kirayə mənzildə bir neçə gün yaşayıb. Lakin həmin mənzildə onu başqa şəxslə cinsi əlaqəyə məcbur etmələri ilə razılaşmadığına görə küçəyə atılıb.

İ.Səlimova iddia edir ki, bu müddətdə başqa bir kafenin sahibi tərəfindən də əlaqəyə məcbur edilib. Ağdamın Quzanlı kəndində yaşayan qohumları ilə telefon əlaqəsi yaratmaq imkanı qazanan qız polis tərəfindən axtarışda olduğundan Sumqayıtda tapılaraq anasına qaytarılıb. Lakin İ.Səlimova başına gələnlərə görə anasından utandığını bildirərək yenidən evi tərk edib. İddiasına görə, bu dəfə Sumqayıt parkında ona özlərini polis kimi təqdim edən iki şəxs təcavüz edib.

Polis tərəfindən tapılan 12 yaşlı qız avqustun 31 – də “Təmiz dünya” İctimai Birliyinin sığınacağına gətirilib. Birliyin rəhbəri Mehriban Zeynalova bildirıb ki, hazırda DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən qızın iddiaları araşdırılır. Birlik tərəfindən isə tibbi müayinə, müalicə və psixoloji yardım məsələlərinin həll istiqamətində zəruri tədbirlər görülür. AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın