Menu
Geri İrəli

“Yaddaşlarda atamın mənə qoyduğu Rafael adı ilə qalmaq istəyirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 745 dəfə • Şərh yoxdur

refaelKöhnə qitənin yeni oyunlarında ölkəmizi təmsil edəcək karateçimiz Rafael Ağayev yarışlarda qızıl medal qazanacağı şübhə doğurmayan idmançılardan biridir. Bunun deməyə əsas verən səbəb karatenin canlı əfsanəsinin bu günədək qazandığı uğurlardır ki, bu siyahıya 4 qat dünya və 12 qat avropa çempionluğu daxildir.

Ancaq karatenin briliyyantı hesab edilən Ağayev Avropa Oyunlarında da parlamaq niyyətindədir:

“Bü günə kimi əldə etdiyim bütün uğurları bir kənara qoyaraq düşünürəm ki, mənim üçün ən böyük nəticə Bakı-2015 birinci Avropa Oyunlarında qazanacağım uğur olacaq. Bunu mən ürəkdən istəyirəm. Əgər insan nəyisə arzulayarsa, ona da nail ola bilər”.

75 kq çəki dərəcəsində rəqib tanımayan 30 yaşlı Rafaeli beynəlxal arenada karatenin Maradonası və “Pantera” ləqəbi ilə tanısalar da o, yaddaşlarda öz adı ilə qalmaq istəyir:

“Düzdür karatenin Maradonası və “Pantera” ləqəbi ilə tanınmam çox gözəl bir hissdir. Amma yaddaşlarda atamın mənə qoyduğu Rafael adı ilə qalmaq istəyirəm”.

Avropa Oyunlarında karate üzrə yarışlar isə iyunun 13-ü və 14-ü tarixlərində “Bakı Kristal Zal”da baş tutacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın