Menu
Geri İrəli

Yüksək nəticələr qazanmış şəhərin bir qrup İdmançıları ilə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2010 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

DSC05389_313713142Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov 2009-cu ildə müxtəlif idman növləri üzrə Avropa, Dünya birincilik, çempionat və kubok yarışlarında yüksək nailiyyətlər əldə etmiş şəhərin bir qrup idmançıları və onların məşqçiləri ilə görüşmüşdür.Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi M.Həsənov idmançıları və onların məşqçilərini əldə etdikləri yüksək nailiyyətlər münasibəti ilə təbrik edərək şəhər rəhbərliyinin digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğısından, Ulu Öndər H.Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayt idmançılarının da əldə etdiyi nailiyyətlərdən, şəhərin məhəllə və mikrorayonlarında 50-dən artıq uşaq-idman şəhərciyinin, “Paralimpiya”, “Teyd” və “Term” İdman Komplekslərinin, 9 süni örtüklü meydançnın tikilərək idmançıların istifadəyə verilməsindən, 3 saylı Şahmat-Dama Məktəbində əsaslı təmir işlərinin başa çatdırılmasından, 1 saylı Uşaq-Gənclər İdman Məktəbində əsaslı təmir və 17-ci mk-rn ərazisində olan Olimpiya İdman Kompleksində aparılan tikinti işləri haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə çıxış edən cüdo üzrə paralimpiya yığma komandasının və taekvando üzrə milli yığma komandanın baş məşqçiləri Əhməddin Rəcəbli, Ələkbər İmamaəliyev, məşqçi Sevindik Mehdiyev, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Ölkə, eləcədə şəhər rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər və bundan sonra daha da yüksək nailiyyətlərin əldə olunması üçün əzimlə çalışacaqlarını bildirdilər.
Sonda Avropa və Dünya mükafatçılarına və onların məşqçilərinə hədiyyələr təqdim olundu.

Mail Hümbətov
Baş İdarənin Bədən Tərbiyəsi və İdman
Sektorunun baş məsləhətçisi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın