Menu
Geri İrəli

Yunanıstanın ölkəmizdəki səfiri Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2014 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur
Share Button

İyulun 18-də ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib.

yunan32

Qonaqları səmimi salamlayan, Yunanıstanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu vurğulan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələlərindən, “Azərikimya”-nın bir çox istehsalat sahələrində aparılan yeniləşmə və rekonstruksiya işləririndən, o cümlədən Karbamid zavodunun tikintisinin vəziyyəti və sənaye zonasında yaradılan Sumqayıt Kimya Sənaye Parkı haqqında ətraflı məlumat vermiş, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar atılan mühüm addımlardan danışmışdır.
Səfir Dimitrios Tsounqas səmimi qəbula görə Birlik rəhbərliyinə minnətdarlığını bildirmiş, Yunanıstan və Azərbaycan Respublikaları arasındakı qarşılıqlı faydlı əməkdaşlıqdan geniş söhbət açaraq, iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, turizm, nəqliyyat, gömrük və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yeni imkanların yarandığını ifadə etmişdir.
Sonra qonaq “Azərikimya” İB-də yaradılmış Heydər Əliyev güşəsinii ziyarət etmiş, Sumqayıt şəhər stadionuna, “Kimyaçı” poliklinikasına, həmçinin Sumqayıt Təlim, Tədris Mərkəzinə baş çəkərək, şəhərin idman həyatı, kimyaçılara göstərilən tibbi xidmət və gənc ixtisaslı fəhlə kadrların hazırlanmsasının vəziyyəti ilə tanış olmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın