Menu
Geri İrəli

Zakir Fərəcov Sumqayıt Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Yanvar 2016 • Baxış sayı: 1,599 dəfə • Şərh yoxdur

1452864652_12516572_10205662224183485_489451173_n

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Universitetində olub. İcra başçısı universitetin müəllim-tələbə heyəti ilə görüşüb. Görüşdə Zakir Fərəcov mühüm məqamlara, xüsusən KİV-də və ictimaiyyət arasında təhsil ocağıyla bağlı yayılan xəbərlərə toxunub, bəzi göstəriş və tövsiyələrini verib.
İlk olaraq tədbiri giriş sözü ilə universitetin rektoru Elxan Hüseynov açıb. Sumqayıtda, eləcə də ölkədəki iqtisadi inkişafdan danışıb. Şəhərdə qısa müddət ərzində başlanılan mühüm tikinti işləri, habelə bağça və yaşayış binalarının istilik təchizatı və dam örtüyünün yenilənməsi ilə bağlı görülən işləri təqdirəlayiq hesab edərək başçıya minnətdarlığını bildirib.
Sonra çıxış edən Zakir Fərəcov şəhərdə görülən işlər haqqında qısaca məlumat verib. Ardınca Sumqayıt Dövlət Universiteti haqqında danışaraq bu təhsil ocağını şəhərin brendi adlandırıb. Çıxışında tələbələrlə bağlı məsələlərə geniş yer ayıraraq bildirib ki, o, həmişə gənclərin yanındadır. Zakir Fərəcov universitet müəllimlərinə  tələbələri incitməməyi, onların problemlərinə biganə qalmamağı tövsiyə edib. Yeri gəldikdə, güzəşt etməyi lazım bilib. Başçı əminliklə deyib ki, universitetin bütün heyəti ölkə prezidentinin bugünkü siyasi kursunu dəstəkləyir. O, bugünlərdə universitetin 1-ci kurs tələbəsinin intihar etməsi məsələsinə toxunaraq bildirib ki, bu hadisə hamı kimi onu da sarsıdıb. Ümumiyyətlə, Sumqayıtdan belə neqativ hadisənin baş verməsini pisləyib. Eyni zamanda, bildirib ki, bu məsələ ilə bağlı ciddi araşdırma gedir və şəxsən şəhər rəhbəri kimi onun nəzarətindədir: “Hüquq mühafizə orqanları hadisənin hansı səbəbdən baş verdiyini necə baş verdiyini araşdırırlar. Yaxın zamanda həm şəhər ictimaiyyətinə, həm də universitet heyətinə bu haqda açıqlama veriləcək. Bu işdə kimin günahı varsa, mütləq cəzalandırılacaq. Əgər müəllimin günahı varsa, o da cəzalandırılmalıdır”, – deyə Zakir Fərəcov söyləyib.
Daha sonra universitetin müəllim və tələbə heyəti icra başçısına suallar ünvanlayıb. xeberle.com

1452864620_12576330_10205662224263487_1539217683_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın