Menu
Geri İrəli

Zakir Fərəcov: “Sumqayıtda10 min yeni iş yerlərinin açılması nəzərdə tutulur”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 2,567 dəfə • 1 şərh

zakir ferecov444Sumqayıt Şəhər İcra Hakimiyyətində Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə 2015-ci il üzrə hesabat konfransı keçirilib. Hesabatda çıxış edən  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərə toxunub.

sumqayitxeber.com xəbər verir ki, Zakir Fərəcov çıxışında qeyd edib ki, şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi hesabat ilində 1,0 faiz artaraq 796 milyon manat təşkil etmişdir.    ”Sənaye məhsulunun istehsalı 437,7 milyon manat olmaqla artım tempi 5,3 %, ümumdaxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 85%-dən çox olmuşdur. İstehsal olunan məhsulun 90 %-dən çoxu istehlakçılara göndərilmişdir. Ayrı-ayrı sənaye sahələri üzrə məhsul istehsalı : – kimya sənayesi üzrə 87,5 faiz, metallurgiya üzrə 26,4 faiz, yüngül sənaye üzrə 143,8 faiz, yeyinti sənaye üzrə 205,5 faiz, energetika üzrə 108,4 faiz, digər sahələr üzrə 140,7 faiz olmuşdur. Elektrik enerjisi istehsalı 21,0 % artmışdır. Məhsul istehsalı üzrə proqnoz tapşırıqlar : “Azərkimya” İstehsalat Birliyində-141,0 % ; Yağ fabrikində – 103,0 %, Kağız Karton fabrikində -113,0 %, “İntertextil” ASC-də -4 dəfə artıq, “Alyans Tekstil “ MMC-də – 173,0 %, “Azərtexnolayn” MMC-də -7,6 dəfədən çox icra olunmuşdur.”

Zakir Fərəcov qeyd etmişdir ki, şəhərin sənaye potensialında əldə olunmuş uğurlarla bərabər  dünyada baş verən maliyyə böhranı Sumqayıt sənayesinə də  öz təsirini göstərmişdir: “Bir çox iri müəssisələrin məhsullarının satışında və xammal təchizatında yaranmış çətinliklər nəticəsində proqnoz tapşırıqlar yerinə yetirilməmişdir.  Belə ki:

- Sumqayıt Texnologiyalar Parkı 44,0 milyon manata qarşı 38,6 milyon manat -  86,0%;

- “BİSMAK” Qida fabrikində 2015-ci ildə istehsal dayanmışdır.

- “Azərboru” ASC-də 7,4 milyon manata qarşı 1,8 milyon manat və ya 24,3 faiz

- “Gilan Tekstil Park” MMC-də 6,6 milyon manata qarşı 5,4 milyon manat və ya 81,8 faiz təşkil etmişdir.

Bütün  maliyyə mənbələri  hesabına şəhərdə investisiya  qoyuluşu 6,2 faiz artmaqla 139,7 milyon manat təşkil etmişdir.

Tikinti təşkilatları öz gücləri ilə 127,5 milyon manatlıq tikinti-quraşdırma işləri görmüşlər. Tikinti-quraşdırma işləri 102,0 faiz həcmində yerinə yetirilmişdir.

Əhalinin real pul gəlirlərini əks etdirən göstəricilərdən biri olan ticarət dövriyyəsi, pullu xidmət , sərnişindaşınması, rabitə xidməti 100,0 faiz həcmində icra olunmuşdur.”

Şəhər rəhbəri çıxışında vurğulamışdır ki, həyata keçirilən tədbirlər nəticəsində 5491 yeni iş yerləri açılmışdır. Onlardan 5153 daimi iş yerləridir. İşləyənlərin orta aylıq əmək haqqı 5,7 faiz artmaqla 400,0 manat təşkil etmişdir : “Şəhərə gələnlərin sayı 2,5 faiz, doğulanların sayı isə 0,3 faiz, əhalinin ümumi sayı 3,0 min nəfər artmış, 6,0 min ailə minik avtomobili əldə etmişdir.   Dövlətin diqqət və qayğısı sayəsində “Azərbaycan Respublikası regionlarının 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı Sumqayıt şəhəri üzrə nəzərədə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata  keçirilməsi sayəsində bu gün şəhərimizin siması dəyişir, müasirləşir, gözəlləşir, insanların yaşayıb-yaratması üçün lazımi  şərait yaradılır. Hazırda bir çox infrastruktur layihələrin icrası davam etdirilir. Müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin yaradılmasına  böyük diqqət göstərilir.”

Z.Fərəcov şəhərdə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi imkanları xeyli genişləndirildiyini qeyd etmişdir: “ Hesabat dövründə qeyd etdiyimiz 4 zavodun işə düşməsi ilə bərabər  Sumqayıt Texnologiya Parkında altı zavodun tikintisində işlər yekunlaşır. Gilan Tekstil Parkında yeni 5 fabrikdə, AzərSun-Sumqayıt Sənaye Parkında tara fabrikinin və kənd təsərrüfatı üçün zəruri olan Azot gübrəsi istehsal edəcək Karbamid zavodunun tikintisi işləri aparılır. İldə 1,5 min ton quş əti istehsal edəcək “Elat” quşçuluq  fabrikinin  ərzaq təhlükəsizliyinin qorunması sahəsində və əhalinin ərzaq məhsulları ilə fasiləsiz təmin olunmasında böyük köməyi olacaq. Sahibkarlığın inkişafı istiqamətində son illərdə aparılan işlərin davamı olaraq hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondundan 20 layihə üzrə 3,2 milyon manat güzəştli kredit verilmiş bunun nəticəsində 280 yeni iş yerlərinin açılması nəzərdə tutulub. Onlardan  illik istehsal  gücü 3,5 milyon ədəd dekorativ şüşə tara istehsal edəcək BakDekor zavodunun tikintisi, “Alov-1”  Mebel istehsalı MMC-də hazırlıq işləri gedir. Bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, cənab Prezident İlham Əliyevin dəstəyi ilə indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinə umumi dəyəri 320,0 milyon manat olan investisiya layihəsini maliyyələşdirməsinə dövlət tərəfindən 120 milyon manat güzəştli kredit verilib ki, layihələrin icrası ilə 6,0 mindən çox yeni iş yeri açılmışdır.    12-ci mikrorayonda “Azər-Türk Med” özəl klinikasında tamamlama işləri başa çatır.    Yaxın 2-3 ildə bu müəssisələrin işə düşməsi ilə şəhərdə 2 milyard manatdan çox investisiya qoyuluşu və 10 min yeni iş yerlərinin açılması nəzərdə tutulur.”

Sumqayitxeber.com

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov: “Sumqayıtda10 min yeni iş yerlərinin açılması nəzərdə tutulur”” yazısına bir cavab

  1. Edalet deyir:

    Ay millet olan iw yerlerine imkan versinler iwlesin tezesi lazim deyil onsuzda xeyaldir,ne vaxt,harda acilir bu iw yerleri ozlerinden bawqa bilen yoxdur,sulh kucesinde yolu baglayib iwleyen obyektleri qoymur iwlemeye,amma deyir ki sahibkarlara werait veririk,sovet bu yalan faizlere gore dagildi axrimiz xeyirli olsun

Şərhinizi yazın