Menu
Geri İrəli

Ziya Məmmədovdan sumqayıtlılara bəd xəbər:“Bu bir xəyaldır””

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2015 • Baxış sayı: 2,191 dəfə • 1 şərh
Share Button

ziya memmedovNəqliyyat naziri sürətli qatar və tramvay xətlərindən danışıb

“Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında sürətli elektrik qatarının təşkili ilə əlaqədar Nəqliyyat Nazirliyinin müvafiq qurumları arasında fikir mübadiləsi aparılır”. Lent.az-ın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib. Onun sözlərinə görə, sürətli qatarlar və sürətli tramvayların çəkilməsi hazırda bir növ xəyala bənzəyir: “Bununla bağlı arzu var. Bu arzunu yerinə yetirmək üçün böyük maliyyə vəsait tələb olunur. Hazırda dünyada neftin qiyməti aşağı düşüb. Bu da öz növbəsində layihələrin icrasına öz təsrini göstərir. Yəni bu cür layihələri ləngidir”-deyə, nazir əlavə edib.

Qeyd edək ki, mətbuatda Bakı ilə Sumqayıt arasında sürətli qatarların fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılıb.

Facebook Şərhləndirmə:
Share Button

“Ziya Məmmədovdan sumqayıtlılara bəd xəbər:“Bu bir xəyaldır””” yazısına bir cavab

  1. elli deyir:

    neftin dusmesi nedense hemise kasib camaatin isini lengidir,niye goresen

Şərhinizi yazın