Menu
Geri İrəli

“Ağıllı” şəhərlər – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

“Unacast” şirkəti dünya şəhərlərinin “ağıllı” sistemlərlə idarə olunması sahəsində araşdırma aparıb.

İKT.lent.az-ın “Venturebeat.com”a istinadən verdiyi xəbərə görə, son 2 ildə şəhər mühiti üçün yüksək texnologiyalı cihazlar bazarının həcmi 3,3 milyard dollara yüksəlib. Hesabat “ağıllı” şəhər sensorlarının provayderlərinin məlumatları əsasında hazırlanıb. 50 ölkədən 370 operator bu haqda məlumat təqdim edib.

Sinqapurda küçələrdə insan kütləsinin sıxlığını müəyyən etmək üçün böyük kamera və “datçik” şəbəkəsi qurulub. Bu, ictimai nəqliyyatın işini optimallaşdırmağa və şəhərin nəqliyyat şəbəkəsinin yükünü azaltmağa imkan verib.

Barselonada enerji sərfiyyatını azaldan simsiz işıq diodları quraşdırılıb. Şəhərdə yağıntıları izləyən və bütün suvarma sistemlərinin işini tənzimləyən “datçik” sistemi də qurulub. Sistemə fontanlar da daxildir. Yağış başlayan kimi, fontanlar avtomatik dayanır. Bu cür yeniliklərin tətbiqi il ərzində suya 25%, şəhər büdcəsinə isə 550 milyon dollar qənaət etməyə imkan verib.

Nyu Yorkda hər sakinin yüksək sürətli internetlə təmin olunması üçün irimiqyaslı proqram həyata keçirilib. Küçələrdə internetə qoşulma imkanı verən, eləcə də şəhər barədə (havanın çirklilik dərəcəsi, yol hərəkəti, enerji sərfiyyatı) məlumat toplamağa imkan verən xüsusi köşklər quraşdırılıb.

London rəhbərliyi də tıxaclar və park yerlərinin doluluq səviyyəsi ilə bağlı tədbir görüb. Şəhər trafiki barədə bütün informasiyalar texnoloji startaplara verilib. Bu startaplar şəhər üçün faydalı qərarlar işləyib hazırlayır.

San-Fransiskoda “ağıllı” avtomobil parklanması və qiymət sistemi yaradılıb. Sensorlar real rejimdə nə qədər boş yer olduğunu müəyyən edir və ən gur küçələrdə qiyməti qaldırır. Boşluq olan yerlərdə isə sistem qiyməti salır.

Hesabatda qeyd olunur ki, şəhər mühiti getdikcə daha texnoloji hala gəlir. Ekspertlər dünyanın müxtəlif yerlərində 13 milyondan çox şəhər sensoru sayıblar. Son 2 ildə bu cür sensorların bazarının həcmi 8,8 milyard dollardan 12,1 milyarda yüksəlib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın