Menu
Geri İrəli

Bədəni təmizləyən 10 möcüzəli qida

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2014 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

Bəzi qidalar bədəni toksinlərdən təmizləməyə qadirdir. Bununla da insan özünü daha gümrah, yüngül hiss edir. Ən əsası xəstəliklərdən uzaq olur.Tabloid.az detoks təsiri göstərən, orqanizmi zəhərlərdən, toksinlərdən təmizləyən və sizə enerji bəxş edəcək qidalar haqqında maraqlı məlumatı təqdim edir:

Çuğundur

298542_1

 

B3, B6 və beta karoten anbarı olan çuğundur dəmir, maqnezium, sink və kalsium baxımından da olduqca zəngindir. Xüsusilə, qaraciyər üçün faydalı olan bu qida bədənin təmizlənməsini təmin edir. Qaraciyərdən  zəhərli maddələri çıxartmaq üçün çuğundurun əvəzi yoxdur.  Çuğundurun içərisindəki lif  həzmi rahatlaşdırır və zərərli maddələrin bədəndən atılmasına yardımçı olur.

Zəncirotu

298542_2

Brokkoli sağlamlığa ən çox faydası olan tərəvəzlər biridir. Ancaq brokkoli filizlərinin özündən daha çox faydalı olduğu söylənilir. Bədəni təmizləyən bir bitkinin cücərtilərini salat və ya yeməklərinizə əlavə edə bilərdiniz.

Buğda otu

298542_3

Xüsusən qaraciyəri təmizləyən və tərkibindəki təsirli maddələr sayəsində bütün gün özünüzü enerjili hiss etməyinizi təmin edən buğda otu qan şəkərinin səviyyəsini də aşağı salır.

Kətan toxumu

298542_4

 

Kətan toxumu bədəni zəhərli maddələrdən təmizləmək üçün çox təsirlidir. Həzm sistemini və bağırsaqları təmizləyərkən Omega-3 yağ turşusu ilə də təchiz edir. Hər səhər 1 qaşıq üyüdülmüş kətan toxumunu limonlu suya qarışdıraraq içə bilərsiniz.

Limon

298542_6

Limonun faydalarını hər dəfə təkrar dilə gətiririk. Detoks təsiri ilə məşhurlaşan limon su ilə qarışdırılaraq səhərlər istehlak edildikdə bədəni təmizləyir və qidaların turşuluq səviyyəsini tarazlaşdırır.

Sarımsaq

298542_7
Detoks deyiləndə ağla gələn digər bir qida isə sarımsaqdır. Bir çox məsələdə olduğu kimi orqanizmin təmizlənməsi mövzusunda da olduqca təsirlidir. Xüsusilə, mikrobların məhv edilməsi və zəhərli maddələrin bədəndən xaric edilməsində böyük yardımçıdır.

Ənginar

298542_8

 

 

Ənginar  həm olduqca dadlı, həm də faydalı bitkidir. Qaraciyəri təmizlədiyi məlumdur və xüsusilə qaraciyərin göstəriciləri yüksək olan insanlara istifadəsi tövsiyə edilir. Həmçinin böyrəklərə də faydalıdır.

Sarıkök

298542_9

Sarıkökə sarı rəngi verən maddə qara ciyər və həzm sistemi xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların böyük bir qisminin tərkibində olur.

Alma

298542_10

Pektinlə zəngin olan alma həzmi sürətləndirir, onun tərkibindəki  flavanoidlər isə qaraciyərə dəstək verir. Bədəni təmizləyən və asan əldə edilən bir meyvədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın