Menu
Geri İrəli

Beynəlxalq Ahıllar Günü Sumqayıtda qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2016 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

Sumqayıtda Beynəlxalq Ahıllar Günü qeyd olunub. Ağsaqqalların, müharibə və əmək veteranlarının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qeydiyyatında olan ahılların da qatıldığı tədbir şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbirdə çıxış edərək şəhərdə ahıllara göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə çıxış edənlər ahıllara, diqqətə ehtiyacı olan insanlara dövlət qayğısından danışıb, BMT–nin qərarı ilə keçirilən 1 oktyabr – Beynəlxalq Ahıllar Gününün önəmindən bəhs ediblər.

Söz alan ahıllar son zamanlar Sumqayıtda həyata keçirilən sosialyönümlü layihələri, doğma şəhərin sürətlə dəyişən simasını bəyəndiklərini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi arxasında keçirilən tədbirdə ahıllar bir-birini əvəz edən musiqi sədaları altında rəqs edib, əyləniblər.

Sonda tədbir iştirakçılarına ərzaq bağlamaları təqdim olunub.

333 2222 ahillar4

ahillar ahillar244333

Facebook Şərhləndirmə:

Şərhinizi yazın