Menu
Geri İrəli

Bu il Azərbaycan xaricdən nə alıb? – CƏDVƏL

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2016 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur

erzaqBu il ölkəyə ümumilikdə 247 milyon 319 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Oxu.Az Dövlət Gömrük Komitəsinin 2016-cı ilin yanvar-mart ayları üçün hazırladığı statistikaya əsasən, cari ilin son 3 ayında Azərbaycanın əsas idxal məhsullarının artım-azalma tendensiyası təhlil edilib.

Həmin cədvəli sizə təqdim edirik.

Malların adı Bir ildə artım və ya azalma 2016-cı ilin ilk 3 ayının ümumi idxalına nisbətən %-lə
Ət 13,62% artım 0,30
Süd 12,34% azalma 0,08
Kərə yağı və süddən hazırlanmış digər yağlar 35,57% artım 0,57
Meyvə-tərəvəz 101,1% artım 2,37
Çay 184,69% artım 0,50

 

Buğda 66,38% azalma 2,16
Bitki və heyvan mənşəli piylər və yağlar 82,39% artım 2,02
Şəkər 22,59% azalma 1,04
Tütün və tütün məmulatları 72,28% azalma 1,28
Sement 28,57% azalma 0,18
Əczaçılıq məhsulları 11,87% azalma 2,06

 

Plastmassa və onlardan hazırlanan məmulatlar 3,48% artım 2,74
Oduncaq və ondan hazırlanan məmulatlar 41,16% azalma 1,57
Qara metallar və onlardan hazırlanan məmulatlar 2,63% azalma 16,08
Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri 0,09% artım 27,42
Nəqliyyat vasitələri və onların hissələri 68,65% azalma 11,66
Mebel və onun hissələri 19,31% azalma 1,38

Qeyd edək ki, cari ilin birinci rübündə 1 milyard 825 milyon 922 min ABŞ dollar həcmində məhsul idxal olunub ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 24,90% azalma deməkdir. İdxal olunun məhsulların çeşidlərinin sayı 5 352 ədəd olub.

Xatırladaq ki, 2016-ci ilin yanvar-mart aylarında ölkəyə ümumilikdə 247 milyon 319 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 13,36% azalma deməkdir. Məlumat üçün bildirək ki, ötən ilin 3 ayında isə ölkəyə 285 milyon 440 min dollar dəyərində yeyinti məhsulları idxal olunmuşdu.

Ülviyyə R. Əli
www.oxu.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın