Menu
Geri İrəli

Bulvarda çayın qiyməti ilə bağlı – Xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2015 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

cay3Dünəndən sosial şəbəkələrdə bulvarda çayın qiymətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda bildirilir ki, Milli Parkın ərazisində çay içərkən sadə çayı 2 manata, mürəbbə ilə çayı 3 manata verməsələr, artıq pul istəsələr şikayət edə bilərsiniz – 0552827000, 0124801836. Bu nömrələr daima işləyir və baha çay verən obyekt sahiblərini cərimə edirlər.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“2008-ci ildən Bulvar İdraəsinin “Qaynar xətti” fəaliyyət göstərir. Biz bu metodla baş verən neqativ hallarla mübarizə aparırıq. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə – 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərlər”.

Qeyd edək ki, göstərilən mobil telefona idarənin rəis müavini Nazim Məcidov özü cavab verir. İdarə rəsmisi bildirib ki, “Qaynar xətt”ə ayda bir neçə dəfə zənglər daxil olur:

“Daxil olan şikayət əsasında məsələ yerindəcə araşdırılır. Əgər deyilənlər təsdiqini tapırsa, doğurdan da kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Araşdırmalar zamanı o da məlum olur ki, şikayətlər bəzən vətəndaş və xidmət işçisi arasında anlaşılmazlıqlardan yaranır”.

Qəbul olunan standartlara görə, Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən “bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə, mütləq göstərilən “qaynar xətt” nömrələrinə zəng etmək lazımdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın