Menu
Geri İrəli

Gürcüstanlıdan Sabirabadda qadına qarşı QORXUNC ƏMƏL: gecə saat 4-də yanına gəldi, sonra….

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2017 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur
Share Button

zorlanma qadinSabirabad rayonunda xuliqanlıq etməkdə təqsirli bilinən Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Mehdixan Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Mehdixan Paşayev 25 sentyabr 2015-ci ildə gecə saat 04-də sərxoş vəziyyətdə Amaliya Abdullayevanın yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsindəki evinə gəlib.

O, xuliqanlıq edərək həmin mənzildə müvəqqəti yaşayan Sevinc Əhədovanı nalayiq ifadələrlə söyüb, sonra şillə ilə sifətindən bir zərbə vuraraq onu döşəməyə yıxıb.

Arvadını döydü, azyaşlı oğluna əl qaldırdı

Daha sonra Sevinc Əhmədova qorxusundan onun əlindən çıxıb və mənzildən qaçıb. Sonra Sevinc Əhədovanın azyaşlı oğlu, 2010-cu il təvəllüdlü Fəttah Əhədovun sifətinə bir şillə vurub, mənzildən çıxaraq evin həyətində hadisə yerinə toplaşan vətəndaşların gözü qarşısında nalayiq söyüşlərini davam etdirərək yumruqla və özündə olan avtomobilin təkər açarı ilə Sevinc Əhədovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

Xuliqanlıq, yoxsa…

İstintaq orqanı tərəfindən Mehdixan Paşayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etmək) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilib. Hakim Təyyar Abbaslının sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin barəsində hökm elan olunub. Hökmə əsasən, Mehdixan Paşayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi həmin məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Mehdixan Paşayev 9 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, Mehdixan Paşayevin cəzasının ağırlaşdırılmasını tələb edib.

“Mesaj göndərdim ki, barışaq”

Həmçinin Mehdixan Paşayev də apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mehdixan Paşayev ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilməyib. O bildirib ki, 5 ildir Sevinc Əhədova ilə ailə münasibətlərini davam etdirməklə Bakı şəhərində yaşayıb: “2015-ci il sentyabr ayının əvvəllərində aramızda olan söz-söhbətə görə Sevinc məndən küsdü və Sabirabad rayonunda yaşayan bibisi qızı Amaliyanın evinə getdi. Mən isə Lökbatan qəsəbəsində qaldım. Sevinc Sabirabad şəhərinə gələndən təxminən 10 gün sonra ona zəng etdim və daha sonra mesaj göndərməklə barışmağımızı, yenə də birgə yaşamağımızı istədim”.

“Mənimlə danışan oğlanın kim olduğunu soruşdum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sentyabrın 25-də, saat təxminən 01-də Sevinc bibisi qızı Amaliyanın mobil telefonu ilə onun istifadəsində olan mobil telefonuna zəng edərək uşağı və özü onun üçün darıxdığını bildirib: “Sevinc onu və uşağımızı aparmağımı istədi. Sevincin danışığından sonra fikirləşdim ki, onları evə gətirim. Bu məqsədlə də gecə ilə dostumdan xahiş etdim ki, onun avtomaşını ilə Sevinci və uşağı Bakıda yaşadığım evə gətirim. Yolda gədərkən Amaliyanın telefonu ilə Sevinclə əlaqə saxlayanda, telefonda tanımadığım oğlan danışaraq məni təhqir etdi. Təxminən gecə saat 04-də Sabirabad rayonunda Amaliyanın yaşadığı evə çatdıq. Qapını döyən zaman Amaliya açdı, məni içəri dəvət etdi. Evə daxil olanda Amaliyanın yoldaşı kimi tanıdığım İsanı orada gördüm. Sevincdən mənimlə telefonda danışan oğlanın kim olmasını soruşdum və ondan həmin oğlanı çağırmasını tələb etdim. Həmçinin Sevincə dedim ki, dostumun maşını ilə gəlmişəm, maşın bizi küçədə gözləyir, hazırlaşsın, çıxaq. Sevinc isə “iki dəqiqə gözlə”, – gəlirəm deyərək həyətə çıxdı. Mən də fikirləşdim ki, yəqin Sevinc hazırlaşır”.

“Tanımadığım oğlanla söhbət edirdi”

Mehdixan Paşayev qeyd edib ki, bir qədər gözləyib, Sevinc evə qayıtmadığı üçün onun arxasınca həyətə çıxıb: “Gördüm ki, Sevinc həyətdə tanımadığım bir oğlanla söhbət edir. Onlara yaxınlaşaraq oğlanın kim olduğunu soruşdum. Bizim aramızda mübahisə oldu, Sevinc evə girdi, oğlan isə özünü Aqşin kimi təqdim edərək, “bundan sonra qarşında məni görəcəksən”, – dedi. Bu zaman Sevinc mənzildən həyətə çıxaraq mənə tərəf gəldi. Sevinc dedi ki, sən mənim uşağımı vurmusan? O, gözlənilmədən sol döş qəfəsi nahiyəmdən və sol qarın boşluğumdan bıçaq zərbələri endirdi. Üçüncünü də vurmaq istədikdə onu itələdim”.

“Dedim ki, məni bıçaqlayıblar”

Mehdixan Paşayev qeyd edib ki, Sevinc onu 3-cü dəfə də vurmaq istəyib: “Bu zaman sonradan adını Qulu kimi bildiyim şəxs gələrək, ona “sən nə edirsən, bıçağı at”, dedi. Həmin şəxs Sevincin sifətinə şillə ilə vurdu, bıçaq onun əlindən düşdü, Sevinc isə yerə yıxıldı. Sevincə dedim ki, uşağı vurmamışam, əksinə onun üzündən öpmüşəm. Ona, bu nədir, sən məni bura öldürməyə çağırmısan? Sevinc isə ona cavab vermədən evə getdi. Bu vaxt gördüm ki, sol döş qəfəsi və sol qarın boşluğu nahiyəsindən aldığım bıçaq yaralarından qan axır. Məni gətirən avtomobilə tərəf getmək istədikdə, özünü Aqşin kimi təqdim edən şəxs əlində rezin şlankla qarşımı kəsdi. O, “hara gedirsən, dayan”, – deyərək Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdi. O, nazirliyin qaynar xəttinə “evə oğru girib, bizdə onu tutmuşuq”, – deyərək yalan məlumat verdi. Bundan sonra “102” xidmətinə zəng etdim, bıçaqla vurulduğumu, xəsarət aldığımı, həkimə getməyə imkan verilmədiyi barədə məlumat verdim. Bundan sonra həmin oğlan yolumdan çəkildi. Özümü qan içində maşına çatdırdım. Sürücüyə dedim ki, onu bıçaqlayıblar, tez həkimə çatdır”.

“Cinayət törətməmişəm”

Mehdixan Paşayevin sözlərinə görə, onlar xəstəxananı tanımadıqları üçün yolda gördükləri Post Patrul Xidməti polisinə yaxınlaşıblar: “Polisin köməyilə Sabirabad rayon Mərkəzi xəstəxanasına çatdırıldım. Xəstəxanada Sevincin qardaşı yanıma gəldi. Məni xəstəxanadan çıxararaq Bakı şəhərinə gətirdi. Gecəni onun iş yerində qaldım, səhərisi gün məni polisə təhvil verdilər”.

Mehdixan Paşayev bildirib ki, hadisə zamanı onun əlində avtomobil təkər açarı və başqa hər hansı alət olmayıb: “Nə həyat yoldaşım Sevinci, nə də onun uşağını vurmamışam. Orada nə mənim tərəfimdən, nə də başqaları tərəfindən bir-birimizə qarşı hər hansı bir söyüş və nalayiq sözlər işlədilməyib. Hadisə baş verən zaman isə orada qeyd edilən şəxslərdən başqa heç kim olmayıb. Səs-küy olmamış qonşular da ora toplaşıb. Orada heç bir cinayət törətməmişəm. Ona görə də mənə bəraət verilməsini istəyirəm”.

“Telefonda kobud danışıblar”

Zərərçəkmiş şəxs qismində dindirilən Sevinc Əhədovanın sözlərinə görə, 2014-cü ildən Mehdixan Paşayevlə tanış olublar: “Lökbatan qəsəbəsində kirayə ev tutaraq onunla ər-arvad kimi yaşamağa başlamışıq. Mehdixanla ailə qurduqdan sonra kafedə işləmişəm. Aramızda tez-tez narazılıqlar olsa da, barışaraq ailə münasibətlərimizi davam etdirmişik. 2015-ci ilin sentyabırın əvvəllərində aramızda yenə narazılıq olduğu üçün uşağım ilə Sabirabad rayonunda yaşayan qohumum Amaliyanın evinə getdim. Həmin müddətdə dəfələrlə telefon danışıqlarımız olsa da, ona paltarlarımı gətirməsini demişəm. Sentyabrın 24-də Mehdixanla danışmaq istəməmişəm, telefonu bizdə olan qonşunumuzun oğlu Sənana vermişəm. Onlar telefonda bir-biri ilə kobud danışıblar”.

“Uşağımı vurduğunu dedi”

Sevinc Əhədova qeyd edib ki, sentyabrın 25-də, gecə saat 04-də qapı döyülüb, Mehdixan evə daxil olub: “Həmin vaxt Mehdixan mənim olduğum otağa girdi. O, məni şillə, təpik, yumruqla vuraraq, tələb etdi ki, onunla telefonda danışan kişini çağırım. Dedi ki, həmin kişi gəlsin görüm o, kimdir mənimlə elə danışırdı. Onun əlindən çıxaraq qonşuya qaçdım. Mehdixan məni yumruqla vuranda burnum qanayıb. Qonşu Qulunun qapısını döyərək onlardan kömək istədim. Həyətdə Aişən mənə Mehdixanın uşağımı vurmasını dedi. Bundan əsbiləşərək mətbəx bıçağını götürərək həyətə qayıtdım. Həyətdə dayanan Mehdixandan oğlumu nəyə görə döydüyünü soruşdum. Lakin Mehdixan mənə cavab vermədi. Həmin vaxt Qulu Mehdixandan təxminən 5-6 metr kənarda dayanaraq siqaret çəkirdi. Mehdixana yaxınlaşaraq bıçağı onun sol sinə nahiyəsindən vurarkən, Mehdixan qolunu qabağa verdi. Mehdixan qolunu qarşıya versə də, bıçaqla ona xəsarət yetirdiyimi hiss etdim. Sonra bıçağı çəkib bir dəfə də Mehdixanın sol qarın nahiyəsindən vurdum. Mehdixanın qarın nahiyəsindən qan axdığını gördüm”.

“Burnumun üstündən güclü zərbə vurdu”

Sevinc Əhədova bildirib ki, Qulu onun bıçaqla Mehdixanı vurduğunu görüb və qışqıraraq bıçağı yerə atmasını desə də, o, bıçağı atmayıb: “Qulu yaxınlaşaraq sifətimdən şillə vurduqda, bıçaq əlimdən yerə düşdü. Sonra evə qayıtdım, Mehdixan isə küçədə qaldı. Qulu Mehdixanın qarşısında dayanaraq onu getməyə qoymadı. Evə keçərkən Mehdixanın Quluya “imkan ver, çıxım gedim” dediyini, Qulunun da “Sənan polisə məlumat verib, polis gələnədək gözlə” deməsini eşitdim. Bundan sonra Mehdixanın hara getdiyini bilməmişəm. Təxminən 3-4 dəqiqə sonra polis əməkldaşları gəldi. Mən də baş verənləri polis əməkdaşlarına danışdım. Onlarla birlikdə polis şöbəsinə gəldim, ərizə ilə müraciət etdim. Bıçağı və Qulunun mənə verdiyi təkər açarını sabahı gün polisə verdim”.

Zərərçəkmiş Sevinc Əhədova sonrakı ifadəsində hadisəni başqa cür danışıb. Növbəti dəfə ifadə verən zərərçəkmiş qeyd edib ki, Mehdixan Amaliyanın evində onu döydükdən sonra kömək üçün qonşuluqda yaşayan Qulu Ələkbərovun evinə tərəf qaçıb: Qapını döyüb, qışqırarkən Mehdixan saçımdan tutdu və başımdan bir neçə dəfə yumruqla vurdu. Həmin vaxt onun əlində avtomobil təkər açarı var idi. O, həmin açar ilə bədənimin müxtəlif yerlərindən, o cümlədən burnumun üstündən güclü zərbə vurdu. Əvvəlki ifadəm də Mehdixanın məni avtomobilin təkər açarı ilə vurmaması, yalnız yumruq və təpiklə döyməsi barədə dediklərimi isə uzun müddət onunla ər-arvad olaraq birgə yaşadığıma, Mehdixanın cəzasını yüngülləşdirmək məqsədi ilə bildirmişəm”.

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, Mehdixan Paşayevi bağışlayıb və ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş edib.

Tərəflərin fikirlərini öyrən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın