Menu
Geri İrəli

İlin sonuna qədər internetin qiyməti düşəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2013 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) internetin qiymətinin və keyfiyyətinin daim yaxşılaşdırılması istiqamətində işləyir.

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda provayderlər və “Delta Telekom” şirkəti ilə danışıqlar aparılır: “Bununla bağlı müəyyən təkliflər var. İnternetin qiymətinin azaldılması ilə bağlı yekun qərar ilin sonuna qədər veriləcək”.

Nazir deyib ki, hazırda ölkədə 40 provayder var. Bazarda rəqabət var və qiymət də öz-özünə tənzimlənir, ucuzlaşmağa doğru gedir: “Biz məsələ ilə bağlı provayderlərlə danışdıqda, onlar əsas məsələni başqa resursların üzərinə qoyurlar. Qiymət strukturunda əsas komponentlər var ki, həmin komponentlər əsasında da bazar qiymətləri formalaşır. Həmçinin xaricdən ölkəyə daxil olan qiymətlər və s. bu kimi amillər var ki, internetin qiymətinə təsir edir. Lakin biz bütün istiqamətlərdə işləri davam etdirəcəyik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın