Menu
Geri İrəli

İsveçrəni varlandıran – 7 MÜHÜM SƏBƏB

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur

İsveçrəniFins.az Pro İnsiderə istinadən İsveçrənin necə varlı ölkə olmasının 7 səbəbini təqdim edir.

150 il öncə İsveçrə kasıb ölkə idi. O vaxtlar ölkə ərazisi bataqlıqlardan ibarət idi. Bu ölkənin dənizə çıxışı da yoxdur. Faydalı qazıntıları da  demək olar ki, yoxdur. Yalnız Bazel, Beks və Rone ərazisində duz mədənləri var. Lakin bu günlərdə ölkənin ən vacib təbii resursu hidroelektrik stansiyalardan alınan elektrikdir.

Bütün bunlara baxmayaraq  bu ölkə dünyada ən varlı ölkələr sırasındadır. Turizm.fins.az  İsveçrənin varlı ölkə olmasının 7 səbəbini təqdim edir.

1. İsveçrədə həmişə sülh olub və heç vaxt müharibələrdə iştirak etməyib.

Sonuncu dəfə İsveçrədə 1847-ci ildə qısa müddətli vətəndaş müharibəsi olub. Müharibə katoliklər və protetant kantonalar arasında baş verib. Elə bu müharibədən sonra bu günki federativ ölkə yaranıb. Lakin bu ölkə bütün Avropa müharibələrində kənarda qalmağı bacarıb. İkinci dünya  müharibəsi illərində  ölkə Osi ordusu tərəfindən mühasirəyə alınıb. Hətta müharibə illərində Şaffxauzen səhvən bombardımana da məruz qalıb.

2. Təhsil

İsveçrədə yaxşı bilirlər ki, təbii resursları yoxdur və onların əsas resursu  yalnız insanlardır. Bu səbəbdən ölkədə qədimdən mövcud olan və xüsusi təhsil formasına malik elm ocaqları var.

3. Federalizm

İsveçrə federativ ölkədir. Görünür federal ölkə ideyası heç də pis deyil. Çünki ABŞ və  Almaniya kimi varlı dövlətlər də federativ quruluşa malikdir.

Qeyd edək ki, İsveçrə 26 kantona bölünür. Bu cür idarə sistemi yerli əyalətlər üçün də çox sərfəlidir. Belə ki, hər əyalət öz əhalisinə uyğun qanunlar qəbul edir. Misal üçün Tiçino kantonunda italyan dilli əhali yaşadığı üçün məktəbdə keçiriləcək dərslər barədə qərarı yerli əhali özü qəbul edib. Düzdü belə idarə sistemində bəzi problemlər də olur. Misal üçün, Tiçinoda yaşayanlar ölkənin paytaxtı Berndəki qanunlardan narazılıq edirlər. Amma bu cür problemlər bütün federativ quruluşlu ölkələrdə olur. Kaliforniyalılar da Vaşinqtondakı qaydalardan şikayətlənir. Almaniyada isə münhenlilər Berlindəki qaydaların ağılasığmaz olduğunu bildirirlər.

4.İsveçrənin politik sistemi və birbaşa demokratiya

İsveçrədə ildə 4 dəfə ordu barədə qanunlar müzakirəyə çıxarılır. Artıq neçənci dəfədir ki, ölkənin mütləq hərbi xidmət keçmək barədə qərarı müzakirəyə çıxarılıb. Amma xalq hələ ordusunun olmasını istəyir. Həmçinin, bu ölkənin uğurlu siyasəti mürəkkəb dövlət quruluşu ilə əlaqələndirənlər də var. Bu ölkədə bütün qanunlar konsesus əsasında qəbul olunur. Ölkənin prezidenti yoxdur. Ölkəni 7 nazir idarə edir və onlar ardıcıl olaraq prezident funksiyalarını yerinə yetirirlər. Bütün qanunlar əvvəlcə aidiyyatı şəxslərlə müzakirə olunur daha sonra qəbul olunur. Bu ölkədə heç vaxt müzakirə olunmadan və gözlənilmədən qərarlar qəbul olunmur.

5. Frankın təzyiqləri

Ölkənin pul vahidi frank artıq 40 ildir ki, öz gücünü qoruyub saxlayır. Yalnız ən yaxşı şirkətlər ən yaxşı məhsulları ixrac edir. Əgər Bazeldə 8 nömrəli tramvaya əyləşsəz qonşu Almaniyaya səfər edə bilərsiz. İsveşrəlilər alış-veriş etmək üçün qonşu Alman şəhərlərinə səfər edirlər. Çünki Almaniyada məhsullar 50 faiz ucuzdur.

6. Banklar

Bir çoxları düşünür ki, isveçrəlilər həlak olmuş yəhudilərin və almaniyanın konpensasiyaları hesabına varlanıblar. Amma bu fikir doğru deyil. İsveçrədə banklar ölkə iqtisadiyyatında vacib rol oynayırlar. 2008-ci ildə baş verən iqtisadi böhrandan sonra əhalidə banklara olan inam azalmışdı. Lakin sonradan ölkənin Mərkəzi Bankının hərəkətə keçməsi nəticəsində bankların işinə müsbət təsir etdi. Buna baxmayaraq ölkənin bankları Mərkəzi Bankla mübarizəni davam etdirir.

Qeyd edək ki, İsveçrə bankları ABŞ vətəndaşları ilə işləmirlər. Buna səbəb Birləşmiş Ştatların öz ölkə vətəndaşlarının xarici banklarda olan pullarının hesabatını tələb etməsidir. Məhz buna görə də İsveçrə amerikalılarla  əməkdaşlıq etmir.

7. Nasistlərin qızılı

Yuxarıda vurğulandığı kimi, belə fikir var ki, İsveçrə nasistlərin qızılları hesabına varlanıblar. Bəli, nasistlərlə əməkdaşlıq edən insanlar olub. Siyasətçi  Marsel-Pil Qola hətta bu əməkdaşlığı açıq-aydın etməyə cəhd edib. Amma özünüz fikirləşin,nə qədər qızıl oğurlamaq lazımdır ki, bütün bir ölkəni varlandırasan. Dünya yəhudi konqresi İsveçrə banklarını məhkəməyə verərək 1 milyard dollar təzminat alıb.

Hesab olunur ki, bu gündə də İsveçrə banklarında II Dünya Müharibəsi dövründən yəhudilərin 4 milyard dollar əmanətləri qalıb. Məlumat üçün bildirək ki, İsveçrənin ümümdaxili məhsulu  il ərzində 1.2 trilyon dollar təşkil edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın