Menu
Geri İrəli

Jurnalist Sumqayıtda uyuyan şəhiddən yazdı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2016 • Baxış sayı: 1,206 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, jurnalist Ceyhun Musaoğlu Sumqayıtın Şəhidlər xiyabanında uyuyan əsgər yoldaşı ilə bağlı facebook səhifəsində paylaşım edib. sumqayitxeber.com jurnalistin paylaşımını təqdim edir:

13719570_998965206868364_7214764677831213524_o“Natiqdir. Qucağımda şəhid oldu. 2016-cı ilin aprelindəki hadisələrin eynisini 1997-ci ilin mayında biz də yaşadıq. Lap dəqiqi o, yaşamadı.
Gecə ilə postu qabağa çəkdik. Səhər açıldı, ermənilər yarımçıq səngərimizi atəşə tutmağa başladılar. Gəray AQS silahından açılan atəşlərlə şəhid oldu. Onun meyidini aşağıya düşürtdük. Natiq batalyonun çayxanasını işlədirdi. Əl çəkmədi ki, mən də yuxarı qalxıb, Gərayın qanını almaq istəyirəm. Çox təkid etdim, alınmadı. Avtomatı da yox idi. Dedim ki, mənə söykən, düşmən dikdə snayperlə oturub biçir, qoy atanda mənə dəysin, onsuz da 4 ildir qulluq edirəm, nə vaxt buraxılacağımızı da bilmirik. Natiq 6 ayın əsgəri idi. O, mənim arxamdan tutmuşdu – biz yuxarı yürüyürdük. Düşmən bir güllə atdı, həmin an mənim ayağım simə işişdi. Yıxıldım. Güllə Natiqin ayağına dəydi. Turba qazıntısı tapıb içərisinə girdim. Natiqi də sürüyüb, qazıntıya saldım. Başımızı qaldıra bilmirdik, snayper güllələtri yağış kimi yağırdı. Maykamı çırıb, qanaxmanın qarşısını almağa çalışırdım. Yarım saat keçdi, Natiqi qan aparırdı. Nə aşağı düşə bilirdik, nə yuxarı qalxa bilirdik. Xəbər vermək də mümkün deyildi.
Biz mühasirədəydik. Yuxarıda düşmən, sağda düşmən. Natiqi “sançast”a gec çatdırdılar. Qanaxmadan öldü. Hadisədən sonra avtomat və iki qranat götürüb, sağımızda blindaj quran ermənilərin səngərinə tərəf getməyə başladım. Elə bilirdim həyatın son akkordlarıdır. 7 əsgərimiz şəhid olub, düşmən strateji əraziyə nəzarət edir, Natiqi xilas edə bilməmişdim, təxris də yoxdur. Bir neçə addım atmışdım ki, arxadan komandirin səsini eşitdim. Avtomatı “zaryajat” edib, belimə tuşlamışdı. Deyirdi: “Bir addım atsan, vuracam və deyəcəm ki, fərarikik edirdi, vurdum”.
Natiqin yanına gedə bilmədim.
Bir gün sonra Gərayın meyidini rayona yola saldıq. Atası ziyarətə gəmişdi. Xəbəri yox idi. Ərzaq dolu 5 dənə zənbil gətirmişdi. Onun qarşısına çıxmağa heç kim cəsarət etmirdi. Batalyonun qapısı ağzında dayanmışdı. Yaxınlaşıb gülərüzlə qarşıladım. Dedim ki, Gərayı rayona yola salmışıq. Kişi elə sevindi ki. Oğlunun məzuniyyətə getdiyini zənn elədi. Səbətləri də batalyonda qoyub, uça-uça geriyə qayıtdı. O zənbillərin içindəkilərə heç kim əlini vurmadı. Batalyonun yaxınlığında şəhid ailəsi vardı, uşaqlar aparıb onlara verdilər.
Natiq şəhid olmamışdan 5 gün əvvəl anası və xalası onu görməyə gəlmişdilər. Bakıya bir yerdə qayıtdıq. Oğlanlarını mənə tapşırdıqlarını dedilər. Onları arxayın etdim. Görün üstümdə nə boyda günah daşıyıram. Natiqin də valideynlərini aldatmışam, Gərayın da. Özümsə yaşayıram.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın