Menu
Geri İrəli

Lənkəranda 30 yaşlı qadının 4 uşağı doğulub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2015 • Baxış sayı: 769 dəfə • Şərh yoxdur

usaqlar-Lənkəran rayonunda bir dəfəyə dörd uşaq doğulub.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayonunun Siyəkü kənd sakini, 1985-ci il təvəllüdlü Rəisə Əbülfəz qızı Nabatova ötən gecə şöbədə bir qız, üç oğlan dünyaya gətirib.

Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələr 2000, 1500, 1400 qram və 1100 qram çəkidədirlər.

Ana və körpələrin vəziyyəti qənaətbəxş sayılır. Uşaqlar neanotoloqların nəzarəti altında küvəzdə saxlanılır.

Qeyd edək ki, bu, R.Nabatovanın ikinci hamiləliyidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın