Menu
Geri İrəli

Mənzil almaq istəyən Bakı sakinləri hansı üsulu seçirlər? – SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur
Share Button

Mənzil problemi əksər Bakı sakinlərinin ortaq dərdidir. Amma son iqtisadi hadisələr səbəbindən rəyi soruşulmuş Bakı sakinlərinin 80 %-i mənzil almaqdan imtina edir. Yerdə qalan 20 % isə bunun üçün müxtəlif üsullardan istifadə edir.

Bunu “ACT Azərbaycan” Bakıda keçirdiyi sorğu əsasında müəyyənləşdirib.

Milli.Az sorğunun nəticəsini təqdim edir.

Mənzil sahibi olmaq istəyələrin əksəriyyəti (38 %) bunun üçün ipoteka götürəcəyini bildirir. Pul toplayaraq arzusunu reallaşdırmaq istəyənlər 35% təşkil edir. Yeni mənzil sahibi olmaq istəyənlərin beşdə biri isə (19 %) cari mənzilini satıb yenisini almağı planlaşdırır. Mənzil almaq üçün bir neçə varianta əl atanlar da var. Məsələn, mənzil almaq üçün vəsait toplayanlar, həmçinin ipoteka götürəcəyini bildirənlər 2 % təşkil edir. Mənzil alışını ipoteka faizlərinin aşağı düşəcəyi günə saxlayanlar sorğuda 1 % səs toplayıblar.

Sorğu 11-14 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

16681544_1302257613155606_6113632825845870795_n
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın