Menu
Geri İrəli

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2017 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur
Share Button

cantaYeni tədris ilinin başlamasına 3 həftədən az vaxt qalıb. Bu səbəbdən də Sumqayıtın müxtəlif yerlərində məktəbli yarmarkaları təşkil olunub. Məktəb üçün alış-verişə başlayan valideynləri narahat edən əsas məsələlərdən biri də qiymətlərin baha olmasıdır.

Məktəb ləvazimatlarının qiymətləri ilə bağlı həm mağazalardan, həm də məktəbli yarmarkalarından maraqlandıq.
Satıcı Ləman xanım qeyd edir ki, qiymətlər məhsulların keyfiyyətlərindən asılı olaraq dəyişir:
“Məktəb ləvazimatlarının arasında hər ailə öz büdcəsinə uyğun seçim edə bilər. Biz də onlara məhsullar barədə geniş məlumat veririk. Bəzən isə elə olur ki, büdcəyə uyğun lazım olanları özümüz valideynlər üçün hazırlayırıq”.

Alıcıların arasından isə qiymətlərin qane etdiyini söyləyənlər də var, bu malların çox baha olduğundan gileylənənlər də. Alıcı Günel xanım bildirir ki, qızı ona bütün barbi kuklalı olan məktəb ləvazimatlarını aldırmağı bacarıb.

Zeynəb xanım isə məktəb üçün alış-verişə övladları olmadan gəldiyini söyləyir. O qeyd edir ki, oğlu və qızı ilə gəlməməsinin əsas səbəbi onlara istədiklərini ala bilməməsidir.

Alış-veriş üçün gələn valideynlərin arasında az da olsa, kişilərə rast gəlmək olur. Vaqif bəy qeyd edir ki, qızı məhz onun özü ilə gəlməsini xahiş edib.

“Qiymətlərin münasib olduğunu düşünürəm. Əslində, qızımla məktəb üçün ləvazimatlar almağa çıxmışdıq. Ancaq, deyəsən ləvazimatlarla bərabər evə çoxlu şokolad və kuklalarla gedəcəyik”.

Osman bəy isə qiymətlərin baha olmasından şikayətlənir.

“Uşaqların diqqətini çəkəcək müxtəlif şəkillərlə olan ləvazimatların əksəriyyəti bahadır. Övladlarım isə seçim etdikləri zaman onları istəyirlər. Onların istədiklərinin hamısını ala bilməsəm belə, bəzilərini alıram”.

Yarmarka və mağaza qiymətlərinin arasında olan fərqləri sizə təqdim edirik:

Adlar Yarmarka qiymətləri Mağaza qiymətləri
1. dəftər – 12 vərəq,

40 vərəq,

60 vərəq,

100 vərəq.

0.08 qəpik,

0.25 qəpik,

0.40 qəpik,

0.60 qəpik.

0.12 qəpik,

0.30 qəpik,

0.45 qəpik,

0.70 qəpik.

2. qələm 0.10 qəpik – 1 AZN. 0.20 qəpik – 2.20 AZN.
3. sadə karandaş 0.10 qəpik – 0.30 qəpik. 0.10 qəpik – 0.70 qəpik.
4. rəngli karandaş 1.20 AZN – 6.20 AZN. 1.60 AZN – 8 AZN.
5. pozan 0.20 qəpik – 1.40 AZN. 0.30 qəpik – 2 AZN.
6. xətkeş 0.20 qəpik – 1.60 AZN. 0.40 qəpik – 2.30 AZN.
7. plastilin 0.80 qəpik – 8 AZN. 1.50 AZN – 13 AZN.
8. say çubuğu 0.50 qəpik – 1.30 AZN. 0.70 qəpik – 1.90 AZN.
9. albom 0.60 qəpik – 4.50 AZN. 1 AZN – 6 AZN.
10. dəftər üzləri 0.20 qəpik – 0.30 qəpik 0.30 qəpik – 0.70 qəpik.

Əlavə olaraq :

Adlar Bazar qiymətləri Mağaza qiymətləri
1. məktəbli forması – qızlar üçün,

oğlanlar üçün.

27 AZN – 40 AZN,

27 AZN – 45 AZN.

35 AZN – 50 AZN,

35 AZN – 55 AZN.

2. ağ köynək -

qızlar üçün,

oğlanlar üçün.

10 AZN – 30 AZN,

8 AZN – 30 AZN.

15 AZN – 35 AZN,

15 AZN – 45 AZN.

3. çanta – qızlar üçün,

oğlanlar üçün.

5 AZN – 55 AZN,

5 AZN – 60 AZN.

18 AZN – 159 AZN,

19 AZN – 159 AZN.

4. ayaqqabı -

qızlar üçün,

oğlanlar üçün.

15 AZN – 33 AZN,

18 AZN – 35 AZN.

19 AZN – 55 AZN,

25 AZN – 58 AZN.

5. su qabı 3 AZN – 13 AZN. 7 AZN – 25 AZN.

Bundan başqa valideynlər övladları üçün corab almaq istəsələr, 1 AZN – 3 AZN, qızlar üçün kalqotkalar 3 AZN – 5 AZN, qızlar üçün saç lentləri isə 0.60 qəpik – 8 AZN arası dəyişir.

Qeyd edək ki, gəliri az olan ailənin övladını məktəbə yola salması üçün minimum lazım olan məbləğ qızlar üçün – 65 AZN 74 qəpik, oğlanlar üçün isə 66 AZN 74 qəpikdir. Əgər ailədə 2 uşaq varsa, bu məbləğ ikiqat, 3 uşaq varsa üçqat artacaq.

Hicranə İsmayılova
Fotolar: Kamran Bayramov
Xeberle.com

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Sumqayıtda bir şagirdin məktəb xərci nə qədərdir? - REPORTAJ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın