Menu
Geri İrəli

Sumqayıtda yerdəki bayrağı kim götürdü? – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2016 • Baxış sayı: 2,034 dəfə • 1 şərh
Share Button

Sumqayıt sakini bayraqla bağlı başına gələn maraqlı olayı, daha dəqiq desək, öz təqsirini oxucularla, ictimaiyyətlə paylaşılmasını istəyib. Maraqlıdır ki, Vahid Bədəlov adlı şəxs addımına tənqidi yanaşaraq, özünə qarşı ictimai qınaq cəlb etmək istəyib. Bununla bağlı onun Facebook sosial şəbəkəmizdə səhifəmizə ünvanladığı məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Salam, hörmətli sumqayit.tv Facebook səhifəsi. Bu gün şahidi olduğum mənzərə ilə bağlı şəkilləri sizə göndərirəm. Baxın və paylaşın.
Hadisə Sumqayıt şəhəri, 11-ci mikrorayon ev 4-ün qarşısında saat 13:54-də olub. Evin zibilini atanda zibillxanada bayraq gördüm. Bayraği göturə bilərdim, amma götürmədim. Niyəsini özünüz görün. Bayrağı yerdə görub pis oldum və ürəyimdə dedim görəsən mənim kimi görüb pis olanlar və bayrağı yerdən götürən olacaq?
Düz 45 dəqiqə qiraqda oturub seyr elədim. Xanımı da, bəyi də zibil atanda bayrağı görüb əşya kimi baxıb gedirdilər. 14:41-də isə istədiyim məqam yetişdi. Bizim məhəllənin təmizlik işlərinə baxan bir ağsaqqal bayrağı yerdən götürüb öpərək gözünə və sonra sol cibinə qoydu. Ona yaxınlaşıb bu hərəkətinə görə təşəkkür etdim və nə qədər əmək haqqı aldığını soruşdum. Onun maaşı cəmi 125 manat olsa da ürəyi böyük insandır.
Mən hələ də əsəbiyəm… Xahiş edirəm paylaşın! Bundan çəkinmirəm, səhvimi etiraf edirəm, adım Bədəlov Vahid Vaqif oğlu.”







Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda yerdəki bayrağı kim götürdü? – FOTOLAR” yazısına bir cavab

  1. Adil deyir:

    Qəlbin böyüklüyü pulla ölçülmür!
    Halal olsun ona!
    Sifətindəki nur qoy həmişə parlasın!!

Şərhinizi yazın