Menu
Geri İrəli

Sürücüsüz ilk avtobuslar xəttə buraxılıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

ABŞ-ın Neşnel-Harbor şəhərində 3D printer vasitəsilə çap olunmuş ilk Olli robot-avtobusları xəttə buraxılıb. “Buro247″yə istinadən xəbər verir ki, Local Motors şirkətinin istehsalı olan mikroavtobuslar 12 nəfər üçün nəzərdə tutulub. Robot-avtobus elektriklə çalışır və “ağıllı” IBM Watson proqramı ilə təchiz edilib. Nəqliyyat vasitəsinin idarə olunması üçün sürücüyə ehtiyac yoxdur. Avtobusu mobil tətbiqetmənin köməyilə çağırmaq mümkündür. Artıq ABŞ-ın Neşnel-Harbor şəhərin 10 Olli avtobusu xəttə buraxılıb. İlin sonunda isə şirkət Mayami-Deyd və Las-Veqasda da robot-avtobusları təqdim etmək niyyətindədir.(avtosfer)
Sürücüsüz ilk avtobuslar xəttə buraxılıb - FOTOSürücüsüz ilk avtobuslar xəttə buraxılıb - FOTOSürücüsüz ilk avtobuslar xəttə buraxılıb - FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın