Menu
Geri İrəli

Türkiyəni qarışdıran azərbaycanlı model kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2015 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

showpic_el100 (1)Holdinq rəhbərinin dəcəl qızı, yoxsa…?

Türkiyənin çoxsaylı telekanalları və maqazin mediası Sima Şərafətdinova adlı azərbaycanlı manekenlə bağlı qalmaqaldan bəhs edir.

Məsələ burasındadır ki, Sima Şərafətdinova bu ölkədə “Mənim stilim” adlı moda müsabiqəsinin seçmə turunda birinci yeri tutub. Hazırda o, Türkiyə telekanallarının maqazin verilişlərinin az qala bir nömrəli qəhrəmanıdır.

Bu qız Türkiyədə özünə belə imic formalaşdırıb ki, o, Azərbaycanda çox tanınmış, nüfuzlu holdinq rəhbərinin qızıdır, ərköyündür, 13 yaşında ailəsindən xəbərsiz fotomodellik edib. 15 yaşında yenə ailəsindən icazə almadan “Best Model of Azerbaijan” yarışmasına qatılıb və qalib gəlib.

Hazırda onun 17 yaşı var və özünün dediyi kimi, yenə ailəsindən icazəsiz Türkiyədə keçirilən moda yarışmasına qatılıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bununla belə Türkiyənin maqazin mediasını və moda yarışması jürisini “fırladan” bu qız atasının kim olduğunu demir. Əsl adının Simuzər olduğunu, ancaq adının “çox köhnə və dəbdən düşmüş” olduğuna görə dəyişdirib “Sima” etdiyini bildirir. Deyir ki, ailənin tək övladıdır.

Teleaparıcı Kamal Doğulu Simanın qonaq olduğu verilişdə ona “səni birinci edənlər zövqsüzdür” deyib, onun tapşırıqla müsabiqədə birinci yeri tutduğuna eyham vurub. Üstəlik məlum olub ki, Simanın boyu da manekenlik üçün yaramır. O, boyunun 172 sm olduğu haqda məlumat versə də əslində boyunun 165 sm olduğu məlum olub.

İndi Türkiyədə sual edirlər ki, bu qız bu boyla Azərbaycanda gözəllik yarışmasında birinci yeri necə tutub.

Sima 6 dil bildiyini deyir, Türkiyədə özəl universitetlərdən birində kömpüter mühəndisliyi təhsili alır. Bu ölkənin maqazin mediası bütün iş-gücünü atıb “Sima Şərafətdinova kimdir?” sualına cavab axtarır…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın