sumqayitxeber.com Prezidentin 19 Sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin olunan Sadiq İzzət oğlu Sadıqovun bioqrafiyasını təqdim edirik.
Sadiq Sadıqov 1963-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri namizədidir. Evlidir, iki uşaq atasıdır.
O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir.
1992-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır.
1985-1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir.
1990-2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır.
2003-2015-ci illərdə “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20.06.2016-cı il tarixli 2230 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05.03.2018-ci il tarixli 3754 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10.04.2017-ci il tarixli 2805 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ölkə başçısının 19 sentyabr 2018-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.