Menu
Geri İrəli

Sumqayıtda yanğın “Karvan”dan “Cavid” Ticarət Mərkəzinə keçə bilər.

Müəllif: Sumqayit Xeber • Tarix: 19 Oktyabr 2013 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

 Lent.az-ın məlumatına görə, Yanğından Ticarət Mərkəzini tərk etdikdən sonra xəbər tutan satıcılar və sahibkarlar pəncərələri müxtəlif alətlərlə qıraraq, içəri girməyə çalışırlar. Yanğının miqyası isə get-gedə genişlənir. Hətta yanğının “Karvan”a bitişik “Cavid” Ticarət Mərkəzinə keçmə ehtimalı da var.

***

20.13

Lent.az-ın müxbiri bilidirmb ki, ticarət mərkəzinin satıcıları hazırda həyəcan içindədir. Onlar öz mallarını çıxarmağa başlayıblar.

***

19.58

Sumqayıtın mərkəzindəki  “Karvan” Ticarət Mərkəzinin ikinci mərtəbəsi yanır.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,  üç mərtəbəli ticarət mərkəzində yanğın saat 19:20 radələrində başlayıb.

Üç yanğınsöndürmə maşını bu dəqiqələrdə hadisə yerinə gəlib, yanğının söndürülməsinə səy göstərilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın