Menu
Geri İrəli

İş bilənlər

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2014 • Baxış sayı: 1,318 dəfə • 1 şərh
eyvaz-qojayevƏsgərlərdən biri ilk baxışda hər kəsin boyunun ölçüsünü dəqiqliklə söyləyirmiş. Əsgər yoldaşlarını bu bacarığı ilə təəccübləndirə bilmişdi. Bir gün komandirlərinə də bu əsgərin qeyri-adi bacarığı ilə bağlı məlumat verirlər və əsgəri onun yanına aparırlar. Komandir inanmayıb soruşur:
“De görüm mənim boyumun ölçüsü nə qədərdir?”
Əsgər aşağıdan yuxarıya komandirə baxır və “1.75 sm” deyir.
Komandir təəccüblə :
“Doğrudur… Maraqlıdır, bunu necə bildin?”
Əsgər:
“Mən işimi yaxşı bilirəm, taxta-şalban ustasıyam” deyir…

Bu günlərdə mətbuatda “Mən işimi bilirəm!” sloqanı ilə başladılan kampaniya haqqında oxuduqdanədənsə ilk xatırladığım bu lətifə oldu. Elə lətifə var ki, insanı güldürməklə yanaşı, həm də düşündürür…

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ötən il mətbuata açıqlamasında maraqlı bir fikir səsləndirmişdi:

“Bizdə işsizlik yox, işçisizlik var”

Bəli, müasir dövrümüzdə iş axtaranlar  üçün “işsizlik” problemdirsə, işəgötürənlər üçün də “işçisizlik” probelmdir. Hər bir şirkət peşəkar işçi sorağındadır, başqa cür rəqabətə davam gətirmək mümkün deyil. Ümumiyyətlə peşəkar işçi problemi hər dövrdə aktual olub. Hələ 12-ci əsrdə Nizami Gəncəvi deyirdi ki, kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan.Müasir dövrümüzdə palançılığı, papaqçılığı başqa peşələr əvəzləsə də peşəkarlıq problemi öz aktuallığını itirmir.

Bu günlərdə iş axtaranlarla bağlı kiçik bir araşdırma apardım. Məlum oldu ki, iş axtaran gənclərin əksəriyyəti özlərini aşağı maaşlı işlərə layiq bilirlər. Yüksək maaşlı iş yerlərinə isə müraciət edənlərin sayı dəfələrlə azdır. Bunun bir səbəbi var: işini bilməmək və özünə güvənməmək. İşini bilən insan özünə güvənə bilər..İşini bilən insan iddialı olar, özünü daha yüksək qiymətləndirər…

Qayıdaq “Mən işimi bilirəm!” kampaniyasına…

 “Düzgün peşə seçimi və uğurlu iş axtarışı” mövzusunda seminarlar verən  və “Karyera Bələdçisi” kitabının müəllifi kimi bu kampaniya xüsusilə diqqətimi cəlb etdi.

“Mən işimi bilirəm!” sloqanı ilə başladılan bu kampaniyada 16 yaşı tamam olmuş bütün insanlar iştirak edə bilərlər. İştirakçılardan “Mən işimi bilirəm!” mövzusunda maksimum 60 saniyəlik video hazırlamaları  və  “ishimibilirem.az” saytına təqdim etmələri tələb olunur.

Bu kampaniyanın üstünlüyü odur ki, insanı düşündürməyə vadar edir.

Bu kampaniya ilə tanış olan hər bir insan ilk öncə özünə suallar verəcək:

“Mən necə, işimi bilirəmmi?”, “Mən də öz sahəmdə peşəkar olmaq üçün nə etməliyəm?” və.s

Bu gün cəmiyyətimizdə peşəsini mükəmməl bilən insanların uğur hekayələrinə, örnəklərə ehtiyac var.

Bu layihənin peşə seçimində çətinlik çəkən yeniyetmə və gənclərə də faydası var.

“Mən işimi bilirəm!” layihəsi bir meydandır, işini bilənlərin meydanı. İşini bilən insanlar tərəfindən hazırlanmış platformadır, özünü, peşəkarlığını tanıtma platforması. Bu kampaniyada stimul var, rəqabət var, motivasiya var.

Bəs siz necə, bu rəqabətə hazırsınızmı?

Facebook Şərhləndirmə:

“İş bilənlər” yazısına bir cavab

  1. Elvin Gulmemmedov deyir:

    Haziriq!

Şərhinizi yazın