Menu
Geri İrəli

Arslan Vəliyev arvadına görə canlı yayımda özünü öldürdü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 79 dəfə • Şərh yoxdur
Share Button

584663_000Rusiyada intihar hadisəsi qeydə alınıb.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Sankt-Peterburqdan olan 31 yaşlı kişi sosial şəbəkənin canlı yayımında intihar edib.

Arslan Vəliyev intihar edərkən bəslədiyi ilandan istifadə edib. Belə ki, o, mambaya onu sancmasına imkan yaradıb (zəhərli Afrika ilanı).

O, bunu ailəsi dağıldığı üçün edib. Belə ki, Arslan özünə qəsd etməzdən öncə sosial şəbəkədə izləyicilərinə həyat yoldaşı Yekaterina Pyatyzhkinaya zəng etmələri barədə yalvarıb.

Videoda onun öldüyü anlar düşməsə də, ilanın onu dişlədiyi anları izləyicilər görüblər.

Qeyd edək ki, Arslan keçmiş heyvanxana işçisi olub. Onların ər-arvad Youtube-də səhifələri olub. Dostlarının dediyinə görə, avqust ayında ikili arasında mübahisə yaranıb və Arslan Yekaterinanı ona xəyanət etməkdə günahlandırıb və döyüb. Yekaterina isə evdən çıxıb gedib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın