Menu
Geri İrəli

Bakıda yol çökdü – Maşın və yoldan ötən şəxs yarğana düşdü +Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

c4b4dbc22b18fec2eaf114db39b3235a

Bakının Binəqədi rayonunda yol çöküb.

Hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış “Nissan” markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.

Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda şökmə baş verib.

“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli APA-ya bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.

“Bakı Sukanal” idarəsinin rəis müavini Əlizadə Nəsirov isə APA-ya deyib ki, qəzabaş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.

Bakıda yol çökdü  -  Maşın və yoldan ötən şəxs yarğana düşdü +Foto
Bakıda yol çökdü  -  Maşın və yoldan ötən şəxs yarğana düşdü +Foto
Bakıda yol çökdü  -  Maşın və yoldan ötən şəxs yarğana düşdü +Foto

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın